ETNOPSİXOLOGİYA 206
kifayətlənəcəksən, şükr etməyi və istəklərini tənzimləməyi qəbul
edəcəksən.
Hindistan dünyada öz geyimlərinin orijinallığı ilə də seçilir.
Bu geyimlərdə milli-etnik xüsusiyyətlər, ənənəvilik özünü göstərir.
Tarixin müəyyən dövrlərində müxtəlif mədəniyyətlərin təsiri ilə
geyimlərdə müxtəlif dəyişikliklər olsa belə müəyyən xüsusiyyətlər
saxlanılmış, təkmilləşdirilmiş və özünüəməxsusluğunu qoruyub -
saxlamışdır.
Hind qadın geyimləri özünün parlaq rəngləri, parçanın
baxımlı təsvirləri ilə seçilir, hər bir regionun özünəməxsus
emosiyası və əhval ruhiyyəsinin izahedicisinə çevrilir. Hind
paltarları rəng dolğunluğu, rahatlığı ilə məşhurdur. Qadınların
geyindiyi sari qadına xas zərifliyi göstərir. Hind xalqlarının
geyimləri hind mədəniyyəti kimi rəngarəngdir. Hər kənd, şəhər,
region bir-birindən təkcə həyat şəraitinə, dilinə, dininə,
yeməklərinə və s. görə deyil, geyimlərə, onların rəng çalarlarına,
paltarların geyinilməsi üsullarına görə fərqlənirlər. Parlaq rənglər,
bahalı parçalar, ağır, qiymətli bəzəklər məhsuldarlığı, evliliyi ifadə
edir. Bu geyimlər dul qadınların bəzəksiz cansıxıcı geyimlərindən
ciddi şəkildə fərqlənir.
Müasir dövrdə hindlilər ənənəvi geyim mədəniyyətini
qoruyub saxlasalar da az hallarda Qərbin geyim tərzinin təsiri də
hiss olunur. Qərb dəbinin təsirlərinə baxmayaraq, hindlilər
gündəlik həyatlarında, bayramlar, ailə ziyafətləri, rəsmi mərasimlər
də ənənəvi paltarlarını geyinməyə üstünlük verirlər.
Müasir dövrdə Hindistan qadınlarının əksəriyyəti “sari”
geyinir, bu gözəl parçanın hazırlanmasında ayrı-ayrı adamlar deyil,
az qala bütün şəhər əhalisi, qadın-kişi, hindiust-müsəlman iştirak
edir, bu sənət sahəsi hamını birləşdirir.
Hind paltarları olduqca rahatdır. Bir sıra hallarda kişi, qadın,
uşaq geyimləri bir-birindən mahiyyətcə, ciddi şəkildə fərqlənmir,
lakin dini, etnik, regional müxtəliflik geyimlərə də sirayət etmişdir.
Hindistan öz mətbəxi, qida mədəniyyəti ilə də dünyada
fərqlənir. Həyatlarının digər sahələrində olduğu kimi qida