Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə212/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   208   209   210   211   212   213   214   215   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
218 
87.18% islam, 6.96% protestant, 2.91% katolik, 1.69% induizm, 
0.72% buddizm, 0.05% konfutsi və 0.13% digər dinlərə etiqad edir.
Indoneziya Konstitusiyasına əsasən hər bir vətəndaşa sərbəst dini 
etiqad seçimi verilir. Buna baxmayaraq, Indoneziyada hökumət 
rəsmi olaraq 5 dini yəni İslam Buddizm Hinduizm Konfutsiçilik və 
Xristianlığı tanıyır. İndoneziyada qədim dövrlərdə müxtəlif dini 
icmalar yaşamışdır. Bu zaman əhali Totemizm, Animizm, Fetişzm,
kimi inanclara etiqad edirdilər. Bu ölkədə hələ də qədim inanclara, 
xüsusilə kənd yerlərində etiqad edənlərlər qalmaqdadır. 
İndoneziyanın şərqində yerləşən bəzi ərazilərdə hələ Animizmə 
etiqad edənlər var. İslam yaranana qədər Hinduzim və Buddizm 
dinləri mövcud olmuşdur. II-III əsrlərdə İndoneziyanın Sumatra, 
Yava və Sulavesi adalarında əvvəl hinduizm və buddizm dinləri 
yayılmışdır. İndoneziyada hinduizmin yayılması üçün iki əsas 
səbəb mövcud idi. Birincisi Cənubi Hind dənizi vasitəsilə Hindli 
ticarətçilərin İndoneziyaya gəlməsi idi. İkinci bir səbəb isə, 
İndoneziyada kral ailəsi üzvlərinin Hindistan mədəniyyətini və 
dinini qəbul etməsi idi. 
Hətta bu gün də İndoneziyanın ən mənimsənilmiş adası olan 
Bali adasında hinduizmə etiqad edilir.Buddizm Indoneziyada ikinci 
ən qədim dindir. Buddizm, Mataram ve Şrivicaya kimi güclü 
imperiyaların dövründə yüksəlmişdir. Bu dövrdə Hindistandan və 
Çindən gələn tacir və zəvvarlar buddizimə də öz növbəsində təsir 
göstərmişdilər. Hazırkı dövrdə isə əsas buddizm mərkəzləri 
Sumatrada yerləşən Palembang, Riau, Jambi əyalətləridir. 
Həmçinin mərkəzi və şərqi Yavanı da qeyd etmək olar. Buddizm 
və induizmdən başqa, İndoneziyada islam və xristianlıq dinləri də 
geniş yayılmışdır. İslam dininə etiqad edənlərin sayına görə 
İndoneziya dünyanın ən böyük müsəlman ölkəsi sayılır. 
Bu ölkədə təxminən 200 milyondan çox müsəlman var. 
İndoneziyada əhalinin çoxu sünni müsəlman olsa da İslamın digər 
qollarına mənsub olan müsəlmanlar da var. Nümunə kimi şiəliyi 
qeyd etmək olar. Əhalinin təxminən 1 milyonu şiyədir. 
Ümumilikdə, bu ölkədə müsəlman cəmiyyəti iki kateqoriyaya 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin