ETNOPSİXOLOGİYA 339
gələn ilkin şüura əsaslanır.
3. Cəmiyyətin ruhi təkamülündə Afrika cəmiyyəti xüsusi rol
oynayır.
4. Zənci passiv obyekt deyil, mədəni assimiliyasiyanın
subyektidir.
5. Zəncini ağ dərililərdən fərqləndirən “təbii olanda qeyri-
təbii olanları görmək qabiliyyəti, transentent olanı hiss etmək
bacarığı, məhəbbət naminə antik fədakarlıq”dır.
6. Ənənəvi Afrika cəmiyyəti ideal sosial orqanizmdir.
Bu fikirlər Senqora imkan verdi ki, Afrika xalqlarının
psixologiyası haqqında danışarkən onların gerçəkliyin dərk
edilməsində “transendent hiss etmə” bacarığına və ifadəyə malik
olduqlarını, planetar sivilizasiyanın və mədəniyyətin bir-birini
tamamlaması fikrini və emosiya zənciyə, ağıl isə ellinlərə xas
olması ilə bağlı fikirləri inkişaf etdirsin. Sengora görə enerjinin
mahiyyəti kimi sevginin mənası da zəncinin ürəyinin nüvəsini
təşkil edir. Müdriklik ağılda deyil məhəbbətdədir. Zənci günəş
uşağıdır – onu anlamaq çətindir.
Afrika xalqlarının mifoloji şüurunda dünya vahid bir tam
kimi var, orada hər şey qarşılıqlı əladədədir, biri digəri tərəfindən
yaradılıb. Bütün dünya – kosmos, yer və səma cisimləri, minerallar,
bitkilər, heyvanlar, insanlar biri digəri üçün səbəbdir. Hər şey vahid
kosmik ritmə tabedir. Afrikalının ənənəsində ikiyə bölünmüş:
səma-yer; ideal-maddi; canlı-cansız; fikirləşən-fikirləşməyən dünya
mövcud deyil. Aristotel qeyd edirdi ki, həddən artıq isti və həddən
artıq soyuq hava xalqları qəddar edir.
ETNOPSİXOLOGİYA 340
Suallar 1. İxtisas ölkəsi xalqlarının milli xarakterinin formalaşmasında
oxşar və fərqli xüsusiyyətlər hansılardır?
2. İxtisas ölkəsi xalqlarının etnik identikliyinin
formalaşmasına təsir göstərən amilləri müəyyən edin.
3. İxtisas ölkəsi xalqları barədə yaranan hansı etnostereotiplər
vardır?
4. İxtisas ölkəsi xalqlarının ev heyvanlarına olan
münasibətinin psixoloji əhəmiyyətini qeyd edin
5. İxtisas ölkəsi xalqları övlad tərbiyəsində hansı sosial-
psixoloji amillərə üstünlük verirlər?
6. İxtisas ölkəsi xalqlarının xalqlarının bayram və adət-
ənənlərinin psixoloji xüsusiyyətləri hansılardır?
7. İxtisas ölkəsi xalqları hansı nigah adət-ənənələrinə
sahibdirlər?