Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə332/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   328   329   330   331   332   333   334   335   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
338 
olaraq evlərinin qayğısına qalır. 
Ehsan vermək hər bir müsəlmanın xeyirxah işidir və 
xeyirxahlıq xristian ərəbə də aiddir. Yaşlılara hörmət çox 
böyükdür, qocalar evi yoxdur. Şən əhval-ruhiyyə və xeyirxahlıq, 
qonaqpərvərlik hər yerdə yayılıb.
Vayolar (Malavi, Tanzaniya, Mozambik) fəal və hərə-
kətlidirlər. Daim hərbi vəziyyət onlarda dözümlülük və cəsarətlilik 
formalaşdırıb. İdarəçilikdə despotik xarakterə malikdirlər. Öz 
arvadlarını ictimai mülkiyyət hesab edirlər.
Buşmenlər (Namibiya, Botsvana) fiziki cəhətdən dözüm-
lüdürlər, inadçıldırlar, cəsarətlidirlər, təbiəti çox yaxşı tanıyırlar və 
əla ov etməyi bacaran xalqdırlar. Bütün tədbirlərində, işi sona 
çatdırmaqda qətiyətlidirlər. Açıq döyüşə girməkdən çəkinən
buşmenlər silahsıza arxadan ox atmaq və ya təhlükəsiz yerdən 
zərbə endirməyi üstün tuturlar. Tənbəlliklərindən ac qalırlar, ac 
yatmağı işləməkdən üstün tuturlar. Hamilə qadınlar və kiçik 
uşaqlar zəruri qayğıdan uzaqdırlar.
Malqaşlar – sakit əkinçidirlər, əməyə meyillidirlər, sadə həyat 
adətlərinə dözümlüdürlər, şənlənməyə çox həvəslidirlər, musiqini 
çox sevirlər. Onlar qonaqpərvərdirlər, xeyirxahdırlar, arvad və 
uşaqlarına, həmçinin insani dəyərlərə hörmətlə yanaşırlar. 
Xristiandırlar, çoxarvadlığa meyillidirlər. Evlənənə qədər qadına 
azadlıq verilir.
Afrika xalqları içərisində ən çox tədqiq olunan bantu 
tayfalarının fəlsəfi baxışlarıdır. Bantuların mifoloji dünyadərki
mədəniyyəti onların hansı etnik qrupa mənsub olmasından, onların 
həyat şəraitindən və davranışlarından ibarətdir. Onlarda tayfa 
kollektivinə qarşı tənqid mümkün deyil. Etnosun kollektiv fikri 
qrupun spontan özünüdərki kimi mövcuddur və ata-babalarının 
nəsihətləri bu davranışın bazasıdır.
Zəncilik idelogiyasını dərindən araşdıran L.S.Senqor 
zəncilər haqqında aşağıdakı fikirləri irəli sürmüşdür.
1. Zəncinin “xüsusi ruhu” mövcuddur.
2. Zəncinin şüuru gerçəklik arasındakı münasibətlərdən irəli 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin