ETNOPSİXOLOGİYA 337
iqtisadiyyatı təsir edir.
Əlcəzairlilər xeyirxahdırlar, ürəyiaçıqdırlar, qonaqpərvər-
dirlər, qayğıkeşlik onların qanındadır. Digər ərəb xalqları kimi
başqasının ağrısını üzərlərinə götürürlər, tanış adama kömək etmək
istəyirlər. Ehtiyacı olana sonuncu tikəsini verməyə hazırdırlar.
Ünsiyyətcildirlər və başqaları üçün açıq davranış nümayiş
etdirirlər. Dostcanlıdırlar, hər hansı insanla “ümumi dil” tapır və
tez dost qazanırlar. Dostluq Əlcəzairdə çox yüksək qiymətləndirilir.
Əlcəzair ərəbləri zirəkdirlər, həyatsevərdirlər digər ərəblər
kimi pul qazanmaq bacarığına malikdirlər. Əlcəzairli əla tacirdir və
ticari işlərdə çox bacarıqlıdırlar. Əlcəzairlilərin sahibkarlıqla və
ticarətdə bacarıqları onlara imkan verir ki, ölkəni inkişaf etdirsinlər.
İsti və günəşli, tropik iqlim melanxolikliyə və qəmginliyə şərait
yaratmır. Əlcəzairlilər müsəlman – sünnidirlər. Ramazan onlarda
ən böyük bayramdır. Ali təhsil almaq şərəfli işdir, sosial cəhətdən
təmin olunmuş ailələr öz uşaqlarını Avropaya, Amerikaya,
Rusiyaya oxumağa göndərir.
Afrikanın ərəb ölkələri – Misir, Sudan, Liviya, Tunis,
Əlcəzair, Mərakeş, Qərbi Saxaradır.
Misir ərəbləri də digər ərəblər kimi həyatsevərdirlər,
sülhpərvərdirlər. Onlar çox yüksək səviyyədə siyasi karikaturalar
tərtib etməyi bacarırlar. Siyasi yumor cəmiyyətdə yüksək nüfuzla
qarşılanır.
Misirlilər digər ərəblər kimi coşğun xalq olub, davra-
nışlarında reaktiv, impulsivdirlər, hiss və emosiyalarını aydın ifadə
edirlər. Ərəblərdə jestlərlə davranış danışığın aktiv köməkçisidir.
Eyni jest avropalı və ərəb tərəfindən müxtəlif cür qarşılanır.
Ərəblər şəxsi şərəf hissini çox üstün tuturlar, Şərəfə and
içmək ərəbin ən güclü vədidir. Şəxsi ləyaqət və şərəfinin qayğısına
qalan ərəb cəmiyyətdə və kollektivdə müəyyən standartları yaradıb.
İşi yerinə yetirən ərəb üçün ictimai rəy nəticədən çox üstündür.
Sahibkarlıq, şəxsi mülkiyyətə hörmət ərəblərin stereotip
davranışlarına daxildir. Ticarət müharibənin ən qızğın vaxtında
belə ərəb üçün xobbidir. Ərəblər təmizkardırlar, qadınlar xüsusi