Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə36/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
37 
əsərlərində bədii, tarixi-etnoqrafik və fəlsəfi aspektdən araşdırıl-
mışdır. 
Müstəqillik əldə etdikdən sonra respublikamızda etno-
psixoloji problemlər psixologiya sahəsində aparılan tədqiqatların 
prioritet istiqamətlərindən birinə çevrilmişdir.
 
1.6. Təbii mühit etnosun yaranmasının və 
fəaliyyətinin mühüm şərti kimi 
Etnik xüsusiyyətlərin formalaşması, həm də cəmiyyətin bir 
system kimi mühitlə əlaqə formalarından asılıdır. Hər hansı 
sistemin mövcudluq üsulu mühitdə baş vermiş dəyişiklikləri 
özündə əks etdirməklə dəyişir. Dünyada yaşayan etnos və xalqların 
müxtəlif psixoloji xüsusiyyətlərə malik olmasının ən başlıca səbəbi 
ondadır ki, təbii təkamül Yer kürəsini müxtəlif zonalarında 
müxtəlif istiqamətlərdə baş vermişdir. Bu isə fərqli psixoloji 
xüsusiyyətlərin, müxtəlif təfəkkür tiplərinin formalaşmasına səbəb 
olmuşdur.  
Təbii mühit etnosun yaranmasının və fəaliyyətinin mühüm 
şərtidir. Etnosun təşəkkül prosesi təbii şəraitin bilavasitə təsiri 
altında baş verir. Bu təsir özünü əmək alətlərində, məişət pred-
metlərində, xalqların adlarında, adət və ənənlərində, folklor nümu-
nələrində göstərir. Təbii mühit geyimin və mənzilin xüsusiy-
yətlərini müəyyənləşdirir, bu və ya digər məhsulların istehsalını 
şərtləndirir. 
XVIII əsrin ikinci yarısına kimi rusların həyatı meşə ilə bağlı 
olduğu üçün meşə fenomeni özlüyündə bu xalqın mənəvi 
mədəniyyətində, psixoloji portretində dərin iz buraxmışdır. Meşə 
rus xalqı üçün təsərrüfat və siyasi əhəmiyyətə malik olmaqla 
yanaşı, bir çox əxlaqi dəyərləri müəyyənləşdirmişdir. Ağac, 
evlərin tikilməsini və qızdırılmasını mümkün etmiş, qab-qacağın və 
məişət əşyalarının hazırlanması üçün xammal olmuşdur. Meşə 
orada yaşayan xalqı ərzaqla təmin etmiş və onu xarici hücumlardan 
qorunmaq üçün ən etibarlı sığınacaq rolunu oynamışdır. 
Ümumiyyətlə, xalqın müəyyən coğrafi əraziyə uzun əsirlik bağlılığı 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin