Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə32/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
33 
eləcə də türklər, yəhudilər və başqa xalqlar haqqında məlumatlara 
rast gəlinir. Məsələn, Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər 
demişdir: “Siz qıyıq gözlü, qırmızı sifət, yastı burun, üzləri də 
döymə qalxana bənzər türklərlə vuruşmayınca Qiyamət 
qopmayacaq. Həmiçinin qıldan qayırılmış səndəllər geyinmiş 
adamlarla vuruşmayınca Qiyamət qopmayacaq”. 
Türk səyyahı Evliya Çelebinin on cilddən ibarət olan 
“Səyahətnamə” əsəri tarixi-coğrafi səciyyə daşıyan əsər olmaqla 
yanaşı, həm də həmin ölkə ərazisində yaşayan xalqların mədə-
niyyəti o cümlədən xarakteri və başqa psixoloji xüsusiyyətləri 
haqqında geniş məlumat verir. 
1.5. Azərbaycanda etnopsixoloyanın inkişafı 
Azərbaycanda etnopsixologiyanın uzun keçmişi, lakin qısa 
tarixi var. İlk etnik-psixoloji təssəvürlərin təşəkkülü xalqın qədim 
adət-ənənə, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlıdır. 
Xalqın müşahidə əsaında əldə etdiyi etnopsixoloji biliklər, şifahi 
xalq yaradıcılığında və bədii ədəbiyyat nümunələrində öz əksini 
tapmışdır. Azərbaycan şifahi xalq ədəbiyyatında olan obrazlar 
(keçəl, kosa, Molla Nəsrəddin, və s.) xalqın sosial etalon və stereo-
tiplərini ifadə etmişlər. Lətifələrdə etnik psixoloji hadisələr haqqın-
da ictimai rəy öz əksini tapmışdır. Dastanlarda isə tayfadaxili və 
tayfalararası münasibətlərin psixoloji təhlilinə rast gəlinir. 
Etpopsixologiyanın bilik sahəsi kimi tarixini təhlil edəndə, onun ilk 
səhifələrinə bir tərəfdən güzəran psixologiyasında, digər tərəfdən, 
Azərbaycan fəlsəfəsi, ədəbiyyatı və incəsənəti materiallarında, 
səyahətnamələrdə, coğrafiyaçıların əsərlərində, tarixi və etnoqrafik 
yazılarda və abidələrdə rast gəlinir. Azərbaycan ədəbiyyatı bütün 
janrları ilə birlikdə azərbaycan xalqın ruhunu, düşüncəsini, 
ümumən isə psixi simasını özündə əks etdirdiyi üçün, Azərbaycan 
psixoloji fikir tarixinin ilk mənbəəsi kimi götürülməlidir. Qeyd 
etdiyimiz mənbələrdə, yalnız azərbaycan xalqı ilə yanaşı, dünyanın 
başqa xalqlarının da müxtəlif xüsusiyyətləri haqqında müşahidələrə 
rast gəlmək olur. Şərqdə xalqların, ölkələrin tarixinə olan maraq 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin