ETNOPSİXOLOGİYA 41
uzaqlaşırlar, ehtiras və cinayətkarlıq artır, hər kəs ehtirasını
ödəməkdə başqasını ötməyə çalışır. Mülayim iqlimli ölkələrdə
yaşayan xalqlar arasında siz öz davranışlarında sabit insanlara az
rast gələ bilərsiniz. Həddən ziyadə isti olan ərazilərdə isə bədən
gücdən düşür. Onda bədənin boşalması ruha da təsir göstərir: belə
insan hər şeyə etinasız olur, həvəs göstərmir, heç bir xeyirxahlıq
göstərməyə də çalışmır, tənbəllik xoşbəxtliyə çevrilir və ruhu işə
cəlb etməkdənsə oturub cəza çəkməyi daha üstün sayırlar, qulluq
etmək, “qul” olmaq ağılı işlətməkdən, özünü idarə etməkdən,
özünə sahib olmaqdan daha asan olur”. Coğrafi determinizmin
tərəfadrlarından biri XIXəsrin ikinci yarısında yaşamış olan ingilis
sosioloqu D.Dreper olmuşdur. Dreper ictimai həyatın bütün
hadisələrini o cümlədən milli xüsusiyyətləri, iqlim şəraitindən asılı
olan, onunla şərtlənən fizioloji səbəblərdə görürdü. O, yazırdı
“Məgər ucsuz-bucaqsız çöllər, o yerlərdə öz çadırlarını quran
köçəri xalqların əxlaqına, adətinə; bərəkətli otlaq sahələri, geniş
çəmənliklər, çoban həyatına təsir göstərmirmi, insanları müdafiə
edən sıldırm qayalar-cəsarətə, dəniz- təşəbbüskarlığa, zirəkliyə”
təsir göstərmirmi? Dreperin konsepsiyasına görə, hər bir millətin
taleyi, onun yaşadığı iqlimlə müəyyən edilir. Elə bu səbədən də yer
kürəsində müxtəlif tayfalar, millətlər sakinlik edir. Məhz, “iqlim
şəraiti, avstraliyalını vəhşi, zəncini isə hərf və həndəsə qabiliyyətini
əlindən alır, dini baxımdan kahinlikdən o yana keçmir. O, tatarı
südü sevməyə, amerikanlını isə ondan iyrənməyə məcbur edir.
Alçaqboylu avropalıları misaxtaran və metallurq edir”. Dreperə
görə meteroloji şərait daha çox “qida instinktinə” millətin adət və
ənənəsinə, mənəviyyatına təsir göstərir; alkoqolizmə instinktiv
meyllilik məlum coğrafi en dairəsi ilə şərtlənir.
Bu məsələdə Q.Qaçevin fikirləri də maraqlıdır. Onun “Dünya
xalqlarının mentallığı” (2003) adlı əsərində qida, içkinin xalqların
məişətindəki rolu ilə “İçkilərin Yer kürəsində paylanmasının və
istifadə olunmasının öz məntiqi var. Xalqın psixoloji
xüsusiyyətlərini həm də onun istifadə etdiyi içkilərə görə müəyən
etmək olar. İslam ölkələrində alkoqllu içkilərin qadağan olunması