Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə41/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
42 
heç də təsadüfi deyildir. Araq, viski, ümumiyyətlə spirtli içkilər 
nədir? Bunlar- odlu sulardır. İslam ölkətrərinin əskəriyyəti 
subtropik, tropik və ekvtorial qurşaqda yerləşir. Günəş şüalarının 
istiliyi o qədər yüksək olduğu üçün, insanın əlavə istilik almasına 
ehtiyac duyulmur. Donuz ətinin də islamda və iudaizmdə haram 
buyurulmasının da dərin mənası var. Əksinə, şimal en dairəsində 
yerləşən ölkələrin xalqları fəsillərin dəyişməsindən asılı olaraq, 
soyuq və quru havaya dözmələri üçün əlavə “odlu su” ya ehtiyac 
duyular. Hətta, mən şimal dərəcə ilə alkoqolun dərəcəsi arasında 
bir uyğunluğun da olduğunu qeyd etmişəm. Aralıq dənizi 
ölkələrində (yunanlar, italyanlar..) 8-10 dərəcəli alkoqoldan, bir 
qədər şimalda yaşayanlar; ispanlar, fransızlar nisbətən tünd, 12-18 
dərəcəli içkilər olan: mader, xeres, şampan, portveyndən, daha çox 
şimal xalqları olan almanlar, ingilislər, polyaklar, ruslar isə 
tündlüyü 40-60 civarında olan içkilərdən istifadə edirlər. Məhz 
onların içkilərinin tühdlük dərəcələri (40-60) ilə onların yaşadığı 
şimal enlik dərəcəsi bir-birinə uyğun gəlir. Elə insanları əlavə 
enerji ilə təmin edən və özünün ağır və güclü olması ilə digər ət 
növündən fərqlənən donuz əti bu ölkələrdə daha çox əzəiz və 
sevimli qida məhsuludur. Bir qədər də şimalda, qütb dairəsinin 
sakinləri isə 96% təmiz spirt içirlər”. Q.Qaçevin yazdığına görə rus 
xalqının alkoqola meyilli olması sadəcə olaraq həmin xalqın milli 
kosmosu (milli kosmo-psixo-loqos konsepsiyasına görə, loqos-ağıl; 
psixeya- ruh; kosmos-bədən kimi götürülür və üçü vəhdətdə hər bir 
xalqın xarakterini müəyyyən edir) ilə əlaqədardır. Burada, Şimali 
Avrasiya məkanında yaşayanlar, oda-istiliyə olan tələbatlarını 
ödəmək üçün əlavə odlu su- spirt qəbul etməlidirlər ki, 
melanxoliyadan, qəmginlikdən uzaq ola bilsinlər. Belə qənatə 
gəlmək olur ki, Günəş enerjisi, azlığı odlu sudan alınan süni enerji 
ilə əvəz olunur. (Гачев Г. 2003, 544с.) Xalqın və millətin 
psixologiyası ilə onların öz aralarında və başqaları ilə necə 
salamlaşmasında və bu zaman bir-birinə dilədikləri arzu ilə də 
müəyyən etmək olar. məsələn, ruslar görüşəndə adətən bir-birinə 
“Здравствуйте!” deyirlər. Bu da o deməkdir ki, mən sizə can 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin