ETNOPSİXOLOGİYA 31
Rusiyada etnopsixologiyanın yaranmasında böyük rol oynamışdır.
Etnoqrafiyanın bir şöbəsi olan “Psixi etnoqrafiya” şöbəsinin əsas
vəzifəsi insanların mənşəyi, əqli, əxlaqi təbiətini, xarakter və
iradəsini öyrənmək olmuşdur. 1874-ci ildə Rusiya quberniyalarında
məskunlaşan xalqların xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı
proqram qəbul olundu. Bu işlə müxtəlif adamlar məşğul oldular.
Etnoqrafik tədqiqatlar aparan filosof K.D.Kavelin XIX əsrin 40-cı
illərində etnopsixoloji laboratoriya yaratmaq təşəbbüsü ilə çıxış
etdi. Lakin, bu məsələ ilə bağlı onunla İ.Seçenov arasında olan
diskusiya etnopsixologiyanın elm kimi yaranmasını ləngitdi.
Seçenov hesab edirdi ki, mənəvi mədəniyyət məhsulları vasitəsilə,
psixikanı öyrənmək obyektiv deyil.
Almaniyada etnopsixologiya aid nəzəri tədqiqatlar Rusiyada
da öz əksini tapdı. Etnik psixologiyanın yaradılmasına ilk təşəbbüs
XX əsrin 20-ci illərində Q.Q.Şpet (1879-1937) tərəfindən
edilmişdir. O, Q.İ.Çelpanovla birlikdə MDU-da tarix-filologiya
fakültəsinin nəzdində “Etnopsixoloji laboratoriya” yaratdılar. 1927-
ci ildə Q.Q.Şpet “Etnik psixologiyaya giriş” kitabını nəşr
etdirmişdir. O, da etnopsixologiyanı “xalq ruhu”nu öyrənən elm
kimi səciyyələndirmişdir. Q.Şpet “xalq ruhu”nu kollektivin
təbiətdə və sosial həyatda baş verən hadisələrə subyektiv reaksiyası
kimi izah edirdi. Bu mənada Q.Şpet xalqın münasibətini onun ruhu,
canı və xarakteri hesab edirdi.
Rusiyada etnopsixologiyanın inkişafında A.A.Potebnyanın
xidməti çox böyükdür. Onun “Fikir və dil”, “Dil və xalq”,
“Milliyətçilik haqqında” elmi əsərləri yeni fikirlərlə bu gün də
tədqiqatçıların diqqət mərkəzindədir. A.A.Potebnya dili xalqın,
etnosun mövcudluq əlaməti hesab edir və psixoloji xüsusiyyətləri,
xalqa aid olan xarakter əlamətlərinin dildə axtarmağı təklif edir.
Onun nəzəriyyəsinin əsas müddəası belə idi ki, milli xüsusiyyətlər
dildə nəyin ifadə olunmasında yox, necə ifadə olunmasında özünü
göstərir. A.A.Potebnya öz fikirlərini əsasən “народ” və “народ-
ность” anlayışları əsasında izah etmişdir. Bu anlayışlar onun
izahında bir xalqı digərindən fərqləndirən milli xüsusiyyətlər kimi