ETNOPSİXOLOGİYA 28
fərqli formada izah edirdi. Belə ki, o xalq ruhunu fərddən asılı
olmayan müstəqil substansiya hesab etmirdi. Ona görə xalq ruhu
adamların birgə yaşayışının və qarşılıqlı əlaqələrinin məhsulu olan
psixoloji hadisələrin müəyyən toplusudur və eyni zamanda fərdi
ruh kimi gerçək mənaya malikdir. V.Vundta görə “xalqların
psixologiyası”nın başlıca vəzifəsi “xalq ruhu”nun məhsulu olan dil,
mif və adət kimi proses və hadisələri öyrənməkdir. Çünki, dil, mif
və adət xalq ruhunun yaradıcılıq fraqmenti deyil, onun özüdür.
Etnopsixoloji tədqiqatlar dil, mif və adətlərdə özünü göstərənən
psixoloji qanunauyğunluqları izah etməlidir.Əgər psixoloq hər
hansı bir xalq üçün səciyyəvi olan kultu (məsələn, ruslar üçün meşə
və ya ağ ayı kultu movcuddur) öyrənirsə, o, hökmən bu kultun
əsasında hansı psixoloji səbəblər dayandığını açıb göstərməlidir.
Dünya xalqlarının həyatından, mənşəyindən, coğrafi
məkanında yerdəyişməsindən, adət ənənlərindən və xalqa məxsus
xarakterik xüsusiyyətlər haqqında ensklopedik məlumata görkəmli
alman alimi Fridrix Ratselin iki cildlik “Xalqşünaslıq” əsərində
rast gəlinir. Hər iki cildi birlikdə 1641 səhifə materialdan ibarət
olan bu əsər üçüncü və sonuncu nəşrlə, 1902-ci ildə Sankt-
Peterburqda rus dilinə tərcümə edilərək nəşr olunmuşdur. Əsərdə
demək olar ki, Avstraliya qitəsi istisina olmaqla bütün dünya
xalqalrının həyatı və adət ənənləri, tarixi-coğrafi həyatı və
mədəniyyəti (ailə daxili münasibətlərdən tutmuş, geyim, məişət və
ovçuluq mədəniyyəti və s. də daxil olmaqla) haqqında maraqlı
məlumat verilir. Fransa etnopsixologiya məktəbinin kökündə E.Dürkheymin
(1858-1917) adı ilə bağlı olan fransız sosiologiya məktəbi dayanır.
E.Dürkheym öz konsepsiyasında iki əsas anlayışdan istifadə
etmişdir. O, hesab etmişdir ki, cəmiyyəti “sosial faktlar” əsasında
öyrənmək lazımdır. Sosial faktlar deyəndə sosial həyat hadisələri
nəzərdə tutulur. E.Dürkheym hesab edir ki, cəmiyyətdəki stabillik
onun tərkib hissələrinin funksional inteqrasiyası və üzvlərinin
“sosial həmrəyliyi” ilə təmin olunur. Ona görə də ictimai
strukturda hər hansı radikal dəyişiklik cəmiyyət üçün fatal xarakter