Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə23/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
24 
öyrənilir. Kross-mədəni tədqiqatlar əsasən iki yönümdə aparılır: 
a) müxtəlif mədəniyyətlər axarında müqayisəli araşdırmalar 
təşkil olunur. Bu müqayisələrin ana xətti oxşarlığına görə, müxtəlif 
olan xalqların psixoloji durumunda universal məziyyətlərin 
müəyyənləşdirilməsi ilə bağlıdır.
b) hər bir xalq üçün səciyyəvi olan özünəməxsus olan xüsu-
siyyətlər müəyyənləşdirilir. Əsas psixoloji proseslərin formalaş-
masına və inkişafına mədəniyyət hansı ölçülərlə təsir göstərir? 
Kross-kultural tədqiqatlarda bu sual əsaslı təhlil olunur. Psixi 
xüsusiyyətlərin formalaşmasında mədəniyyət faktoru əsas rol 
oynayır. Məsələn: N.Gəncəvinin “Yeddi gözəl”, M.F.Axundza-
dənin ”Müsyö Jordan və ya dərviş Məstəli şah” əsərində xalqların 
müqayisəsi verilmişdir. Fransız yazıçısı A.Düma “Qafqaz səfəri” 
əsərində azərbaycanlıları ermənilərılə müqayisə edərək yazır: 
”Erməni biləndə ki, doğru söz demək ehtiyatsızlıqdır, bu 
ehtiyatsızlıq onu iflas edər, dilsizə və sxtakara çevrilər, dünənki 
himayədarı bu gün bərk ayaqdadırsa, ona nankorluq edər.”
Kross-kultural psixologiya tədqiqatlar zamanı etik, mədəni-
psixoloji antropologiya (psixoloji antropologiya) isə emik 
yanaşmadan istifadə edilir. Emik (subyektiv, daxili) yanaşmada hər 
hansı adət, ənənə aid olduğu xalqın öz nöqteyi-nəzərindən təhlil və 
izah olunur, həmin xalqın həyatında oynadlığı rol araşdırılır. “Etik” 
(obyektiv, xarici) yanaşmada bir mədəniyyət üçün səciyyəvi olan 
xüsusiyyətin, başqa mədəniyyətdə bənzəri axtarılır, müqayisəli 
şəkildə öyrənilir. Etik-emik-etik yanaşma müasir etnopsixoloji 
tədqiqatlarda ən mükəmməl yanaşmadır. “Emik və etik” terminləri 
ilk dəfə amerikan linqivisti K.Payk tərəfindən istifadə edilmişdir. 
Bu terminlər qədim yunan mənşəyli elm adlarından; fonetiki və 
fonemiki sözlərindən götürülmüşdür. Emik yanaşma -faktın, 
hadisənin öyrənilən mədəniyyətin özündə hansı mahiyyət kəsb 
etdiyini, nə demək olduğunu, etik yanaşma isə hadisənin universal 
tərəfini, yəni başqa mədəniyyətlə müqayisəli şəkildə izah edən 
yanaşmadır. M.Mid yazır ki, “kulturantropoloq uzaq ekspedisiyaya 
gedərkən öz ağlının qabaqcadan hasil olan yanlış qənaətlərdən azad 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin