ETNOPSİXOLOGİYA 21
Əvvəlki metodikada olduğu kimi burada da hər hansı kömək və
xidmətin göstərilməsi müsbət münasibətin olduğunu göstərir. Hər
şey telefon zənginin ətrafında cərəyan edir. Eksperimentator
maşının yolda xarab olduğu üçün avtotəmir xidmətinə zəng etdiyini
bəhanə gətirərək yoxlanılan şəxsdən təcili kömək istəyir.
Yoxlanılan şəxs abonentin nömrəni düz yığmadığını başa düşür və
izah edir ki, bura təmir sexi yox, mənzildir. Belə olan halda
eksperimentator həyəcanla ucqar bir məkanda olduğunu və təkrar
zəng üçün telefonunda enerjinin olmadığını söyləyir və yoxlanılan
şəxsdən kömək etməsini xahiş edir. Belə olan halda yoxlanılan
seçim qarşısında qalır. Bu eksperimentdə təmir sexinə edilən
zənglərin sayı asılı dəyişən, müstəqil dəyişən isə - çətin vəziyyətə
düşənin cinsi, etnik mənsubiyyəti, nitq xüsusiyyəti, ləhcəsi və s.
Etnopsixologiyada aparılan ilk eksperimental tədqiqat 1933-
cü ildə ABŞ-da Priston Universitetində Kats və Berkli tərəfindən
aparılmışdır. Onlar “keyfiyyətin aid edilməsi” metodikası ilə
Priston Universitetinin tələbələrinə 84 adda xarakter əlaməti olan
siyahını təqdim edirlər. Tələbələrə, həmin siyahıdan amerikanlar,
ingilislər, çinlilər, almanlar, irlandlar, italyanlar, yəhudilər, neqrlər,
türklər və yaponlar üçün səciyyəvi olan keyfiyyətləri seçmək təklif
olunur.
Müasir etnopsixologiyada tədqiqatların üç əsas nəzəri
istiqaməti var. Bunlar aşağıdakılardır: relyativizm; absolyutizm;
universalizm. Relyativizm (latınca relativus nisbi deməkdir) insan
idrakının, biliyinin obyektiv məzmuna malik olduğunu inkar edən,
onun subyektiv, şərti və nisbiliyi haqqında olan idealist təlimdir.
Mədəni relyativizm əsasən XIX əsrdə etnoqraf və səyyahların qeyri
avropa xalqlarını varvar, geridə qalan xalq kimi qiymətlən-
dirməsinə, yəni avropa etnosentrizminə qarşı olan reaksiya kimi
əmələ gəlmişdir. Relyativist yanaşma texnoloji inkişafı xalqın əqli
və mənəvi inkişafı ilə bərabərləşdirməyin əleyhinə çıxırdı və hesab
edir ki, hər bir mədəniyyətin mövcud şəraitə özünəməxsus
uyğunlaşama üsulu var. Relyativistlər belə hesab edirlər ki, bütün
mədəniyyətlər bərabərdir, lakin müxtəlifdir. Onlar, etnosu öz dili