ETNOPSİXOLOGİYA 19
folklorunda uşaq tərbiyəsində hansı üsulun üstünlük təşkil edildiyi
paralel şəkildə öyrənilir (məsələn, fərdi uğur əldə etməyə olan
meyl). Sonra formal nəticələr müqayisə edilir və yekun rəyə gəlinir
ki, bir xalq fərdi uğur qazanmağa, digər xalqla müqayisədə daha
çox meyl göstərir. Bununla da bu və ya digər etnik qrupun
müqayisəli şəkildə xarakter xüsusiyyəti haqqında nəticə əldə edilir.
Üçüncü növ yanaşma daha çox ənənəvi xarakter daşıyır və
müasir dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır. Burada xalqın
psixoloji portretini və mədəniyyətinin sintetik obrazını yaratmaq
üçün onun keçdiyi tarix, yaratdığı folklor nümunələri təhlil
olunaraq ümumiləşdirilir. Qeyd etmək lazımdır ki, hər hansı xalqın
xarakteri haqqında onun folklor materialları əsasında qəti fikir
söyləmək çox risklidir. Ona görə ki, zaman amilini, eləcə də sosial-
iqtisadi dəyişiklikləri nəzərə almaq lazımdır. Xalqa məxsus olan
hər hansı əfsanə, dastan, rəvayət və sərvət dəyərləri həmin qrupun
məhz həmin tarixi dövrünü əks etdirir, ola bilsin ki, hazırkı
vəziyyətə qətiyyən uyğun gəlmir. Digər tərəfdən razılaşmaq
lazımdır ki, şifahi xalq ədəbiyyatı nümunələrindəki qəhrəmanlar,
pesonajların adları fərqli olsa da bütün xaqlarda onların yaranma
motivləri və süjet xətti eynidir. Ona görə ki, bu materiallar ağızdan
ağıza ötürülərək bütün xalqlara yayılmışdır və onun yaradıcısının
konkret olaraq hansı xalq olduğu mübahisəli məsələdir. Üçüncüsü,
folklor materiallarında təkrarlanan mövzular həqiqətənmi real insan
davranışını əlamətlərini əks etdirir yoxsa onların arzusunu, istəyini,
cəhdini və yaxud onların müdafiə reaksiyasını?
Xalqın etnik psixoloji xüsusiyyətlərinin tədqiq olunub
araşdırılması üçün onun musiqisini, rəqsini, geyim mədəniyyətini,
istifadə etdikləri bəzək-düzək vasitlərinin, məişət əşyalarının,
kulinar mədəniyyətinin öyrənilməsi kimi vasitələrdən istifadə
etmək olar. Müasir dünyada elə bir xalq, millət tapılmaz ki, onun
ifadə etdiyi milli rəqs olmasın. Xaqlar bir-birindən fərqləndiyi kimi
rəqslər də bir-birindən ritminə, musiqisinə, melodiyasına görə
fərqlənir.
Etnopsixologiya tarixində ilk təbii eksperiment 1934-cü ildə