ETNOPSİXOLOGİYA 16
istifadə etməklə gəlmək olar. Etnik xüsusiyyət etnopsixologiyanın
başqa elmlərlə qarşılıqlı əlaqəsində əsas orientir kimi çıxış edir və
bu əlaqənin məzmununu təşkil edir. Etnopsixologiya sosial
proseslərin etnik müxtəlifliyini öyrənərkən etnososiologiyaya, etno-
sun dil xüsusiyyətlərini isə etnolinqvistikanın əldə etdiyi nəticələrə,
etnosun aliə-nigah münasibətlərini, cinsi tabuları, etnosun sayının
dinamikasını, emiqrasiyasını və s.demoqrafik məsələləri araşdırar-
kən etnik demoqrafiyaya, etnosun yayılma xüsusiyyətini və başqa
etnoslarla ərazi baxımından qarşılıqlı əlaqəsini, etnosun məskun-
laşma formasını (oturaq və ya köçəri) öyrənərkən isə etnocoğ-
rafiyanın əldə etdiyi faktlara istinad etməkə ümumiləşdirir. Hər
şeydən əvvəl, etnopsixologiyanın ümumi psixologiya ilə əlaqəsi
daha yaxındır. Etnopsixologiya ümumiyyətlə psixologiya elminin
sahələrindən biri olduğuna görə ümum psixologiyanın əldə etdiyi
qanunayuyğunluqlara əsaslanır. Bununla yanaşı etnopsixologiya
psixoloji fənlərin mövcud təsnifatına əsasən insanın cəmiyyətə
münasibət sahəsinə daxildir. Etnopsixologiyanın sosial psixolo-
giya ilə qarşılıqlı əlaqəsi daha qabarıq şəkildə özünü göstərir.
Sosial psixologiyaya daha yaxın olduğuna görə sosial psixologiya
sahəsində əldə edilmiş qanunauyğunluqlara istinad edir, özünün
ümumi prinsiplərini, metodlarını ondan alır. Sosial psixologiya
əsasən qrup psixologiyası, xüsusilə qrup şəraitində insanların
davranış xüsusiyyətlərini eləcə də qarşılıqlı təsir və münasibət
məsələlərinin sosial psixoloji əsaslarını, eləcə də qrup şəraitində
ünsiyyət və şəxsiyyətin psxixoloji qanunauyğunluqlarını öyrənir.
Bu mənada etnopsixologiya öz predmetini tədqiq edərkən sosial
psixologiyanın qrup psixologiyası ilə bağlı əldə etdiyi ümumi
qanunauyğunluqlara istinad edir. Etnopsixologiya ilk növbədə,
etnoqrafiya, etnoloqiya və antropologiya ilə əlaqəlidir. Etnoq-
rafiya, etnologiya və antropologiya elm sahələri kimi müxtəlif
dövrlərdə meydana gəlsə də hər üçü bəşəriyyətin mədəniyyətinin
elmi cəhətdən öyrənilməsi ilə məşğuldur. Fransız antropoloqu
K.Levi-Stros qeyd edir ki, etnoqrafiya, etnologiya və antropolo-
giya insan mədəniyyətinin elmi idrakı prosesinin üç ardıcıl