ETNOPSİXOLOGİYA 13
siyasi zərurətdən asılı olaraq müxtəlif etnoslar bir etnonimlə, eyni
etnoslar isə fərqli adla çağırılıblar. Məsələn, romalı adı ilə həm Rim
əhalisi, həm italiklər, həm də latınlar adlandırılıblar. Davranışı
etnik identikliyin əsas atributu hesab edən L.Qumilyov etnosa
dinamik sistem kimi yanaşırdı. Professor Ə.S.Bayramov isə qeyd
edir ki, etnos nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və
psixikaya malik olan, habelə öz birliyini, vəhdətini insanların başqa
qruplarından fərqləndirən, eyni dildə danışan insanların tarixən
yaranmış məcmusudur (2001). Etnos üzvlərinin öz qrup birliyini və
ya vəhdətini dərk etmələri zəruridir. Bu hadisəyə etnopsixologiyada
etnik özünüdərketmə deyilir. Etnosun əsas əlaməti etnik özünü-
dərkdir. Etnik özünüdərketmə özünüadlandırmada etnonimdə öz
ifadəsini tapır. Biz bu yanaşma ilə tam razılaşmır və hesab edirik
ki, sosial, iqtisadi, siyasi, coğrafi və digər demoqrafik səbəblər
ucbatından müxtəlif etnosların və xalqların bir ərazidə cəmləşməsi
zərurəti həmin insan qrupunu bir etnonimlə adlandırılmasını
mümkün edir.
Bir çox etnoloqlar etnosu cəmiyyətin tarixi inkişaf prosesində
əmələ gələn və dil, din, adət və başqa obyektiv göstəricilərlə bir-
birinə bağlanan sosial qrup hesab edirlər. Bəzi tədqiqatçılar isə
mədəniyyəti etnosun ən əsas atributu kimi qəbul edirlər. Bu yanaş-
maya qarşı çıxan norveç etnoloqu F.Bart konstruksionistik modelə
əsaslanaraq etnosun mədəniyyət eyniliyini həmin etnosun ilkin
əlaməti kimi deyil, birgə yaşayışın nəticəsi hesab etməyi təklif
etmişdir.
Psixoloji baxımdan diqqəti cəlb edən odur ki, bütün yanaş-
malarda etnik identiklik etnosun mahiyyətini izah edən ən əsas
xarakteristikaladan biridir. Beləliklə, belə nəticəyə gəlmək olar ki,
etnos ayrı-ayrı fərdlərin psixoloji birliyi, vəhdətidir. Etnik iden-
tiklik (aidliyin, eyniliyin) etnos üzvləri tərəfindən müxtəlif psixo-
loji xüsusiyyətlər əsasında baş verir. Məhz bu xüsusiyyətlər bir
etnosu, digərindən fərqləndirməyə imkan verir. Etnofərqləndirici
əlamətlərə aşağıdakılar daxil edilə bilər: dil, din, adət-ənənələr,
hətta evlərin, otaqların qurluşu və bəzədilməsi, kulinar mədəniyyət