ETNOPSİXOLOGİYA 9
I FƏSİL ETNOPSİXOLOGİYA İNTEQRATİV BİLİK SAHƏSİ KİMİ 1.1.Etnopsixologiyanın predmeti və vəzifələri Hər hansı bir elmi səciyyələndirərkən, adətən aşağıdakı
suallara cavab tapmağa çalışırlar.
1. Bu elm hansı faktları və hadisələri araşdırır, öyrənir?
2. Elm sahəsi özünə lazım olan faktları hansı metodlarla və
yollarla əldə edir?
3. Öyrənilən, tədqiq olunan, təsnif edilən hadisələr hansı
anlayışlar vasitəsilə ifadə olunur? Çünki, anlayışlar sisteminin özü
də elmin xarakteristikasına aid olunur. Yəni elm hansı anlayışlar-
dan istifadə etməklə öz obyektini tədqiq edir.
4. Hər hansı hadisəni öyrənərkən tədqiqatçılar hansı nəzəri
metodoloji prinsiplərə, qanunlara əməl edir və onları nəzərə alırlar.
Tədqiqat prinsipləri və qanunları, anlayışlar sistemi birlikdə elmin
nəzəri məzmunu, faktlar və hadisələr isə empirik tərəfini təşkil edir.
5. Elm sahəsinin inkişaf etməsi ilə əlaqədar olaraq tədqiqat-
çılar qarşısında dayanan yeni vəzifələr və problemlər hansılardır?
Bu problemlərin bir qismi artıq həll olunmuşdur, başqaları isə hələ
öz həllini gözləyir. Bir məsələni də qeyd etmək lazımdır ki,
psixologiyada həll olunmuş və həll olunmamış problem adı şərti
xarakter daşıyır. Çünki, hər hansı bir problemin tam şəkildə axıra
qədər həll olunmuşdursa, demək o qədər də düzgün deyil, sadəcə
olaraq həllə yaxınlaşmaq olar.
6. Elmin inkişaf istiqamətləri, sahələri. Hər hansı mürəkkəb
hadisə, mürəkkəb obyekt müxtəlif aspektlərdən öyrənilir. Ona görə
də hər bir tədqiqatçı öyrənilən obyektin müəyyən cəhətini ön plana
çıxarır. Bu baxımdan müxtəlif istiqamətlər, cərəyanlar meydana
çıxır və onlar arasında elmi mübahisələr baş verir. Bundan başqa
hər bir elmin özündə differensasiya gedir və yeni elm sahələrinin