ETNOPSİXOLOGİYA 12
davranış tərzini öyrənmişdir.
Etnopsixologiyanın istifadə etdiyi analayışlardan və təhlil
vahidlərindən etnos, etnik stereotip və yönümlər, etnosentrizm, adət
və ənənələr, milli xarakter, milli hiss, etnik identiklik, etnonim,
etnik özünüdərketmə, inkulturasiya, kollektivizm, individualizm,
mentalitet, arxetiplər və s. qeyd etmək olar.
Etnopsixologiyanın istifadə etdiyi anlayışlardan
ən
mürəkkəbi və hamı tərəfindən birmənalı şəkildə qəbul olmayanı
“etnos” anlayışıdır. Elmi ədəbiyyatda “etnos” termini XVIII-XIX
əsrlərdə etnoqrafiya, etnologiya terminləri ilə birlikdə işlədilmişdir.
Etnos sözü elmi ədəbiyyata qədim yunan dilindən gəlmişdir və
sürü, dəstə, qrup, tayfa xalq mənasını ifadə edir. Onu da nəzərə
almaq lazımdır ki, “etnos” anlayışı etnik psixologiyada xüsusi
sosial və psixoloji məzmuna malikdir. Elə etnopsixologiyada ən
böyük terminaloji mübahisə bu anlayışla bağlıdır. Bəs görək etnos
nədir? Bu anlayış haqqında bütün tədqiqatçılar tərəfindən qəbul
olunan ümumi fikir etnosun real qrup kimi qəbul olunmasıdır.
Etnosu qrup kimi səciyyələndirərkən bəzi tədqiqatçılar onu sosial-
tarixi, bəziləri isə coğrafi (təbii) hadisə kimi qəbul edirlər. Etnos
anlayışı ilə bağlı ilk tədqiqat rus etnoqrafı S.M.Şirokoqorova
(1887-1939) məxsusdur. S.M.Şirokoqorov hesab edir ki, etnos bir
dildə danışan, özünün eyni mənşəyə malik olduğunu qəbul edən
adətləri, həyat tərzi ilə digərlərindən fərqlənən insan qrupudur.
Etnos adət, dil, həyat tərzi və mənşə etibarı ilə eyni olan insan
qrupudur. Türkoloq alim Lev Qumilyovun fikrincə “etnos bu və ya
digər insan qrupu (kollektivi-dinamik sistem) olub, özünü bütün
digər analoji kollektivlərə qarşı qoyan (“biz” və “biz olmayan”)
özünün daxili strukturu və orijinal davranış stereotipi olan
kollektivdir”. Göründüyü kimi L.Qumilyov etnik identikliyi və
davranış stereotipini etnosun ən mühüm psixoloji xarakteristikası
kimi əsas götürmüşdür. Həmin davranış stereotipləri isə qrupla fərd
arasında, eləcə də fərdlər arasında münasibət normaları kimi
anlaşılır. L.Qumilyova görə bəzən real etnos və onun etnonimi,
yəni adı üst-üstə düşmür. Belə ki, tarixi, coğrafi, ekoloji, iqtisadi-