Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə19/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
20 
ABŞ da La Pyer tərəfindən aparılmışdır. Psixologiya tarixinə La 
Pyer paradoksu kimi daxil olan bu eksperimentdə məqsəd bir 
xalqda başqa bir xalqla bağlı formalaşan etnik münasibətin 
yaratdığı sosial yönəlişliyin təsirini öyrənmək olmuşdur. Bu 
məqsədlə La Pyer bir nəfər çinli ilə 67 mehmanxanada qalmış və 
184 restoranda nahar etmişlər. Bu görüşlərin yalnız birində onlara 
yer verməkdən imtina etmişlər. Bu eksperimentdən 6 ay sonra La 
Pyer çinli tələbə ilə qaldıqları mehmanxana sahiblərinə məktub 
göndərmiş və onlardan belə bir suala (“əgər çinli sizin daimi 
müştəriniz olsa ona necə münasibət göstərərdiniz”) cavab 
vermələrini xahiş etmişdir. Mehmanxana sahiblərinin 92%-nin bu 
məktubdakı suala cavabı mənfi olmuşdur.
Hər hansı etnik qrupa, millətə mövcud münasibəti öyrənmək 
üçün istifadə olunan etnopsixoloji tədqiqat metodikasından bir elan 
texnikasıdır. Elan lövhəsində iki oxşar məlumat yerləşdirilir: “Gənc 
ailə kirayə ev axtarır”. Elanlar bir-birindən kirayişinlərin milli 
mənsubiyyətinə görə fərqlənir. Verilmiş telefon nömrələrində 
oturan eksperimentatorun köməkçiləri hər bir elan üzrə vurulmuş 
zənglərin qeydiyyatını aparır. Metodikaya görə hansı telefon 
nömrəsinə zəng çox gəlirsə, deməli, sorğu aparılan əhali arasında
həmin etnik qrupa münasibət daha yaxşıdır. Digər geniş şəkildə 
istifadə olunan metodlardan biri “itrilmiş əşyalar metodu” adlanır. 
Buna bənzər texnika “itirilmiş məktub” ilk dəfə 1948-ci ildə 
istifadə olunmuşdur. İlkin variantda metodikaya görə üzərində
çatdırılacaq ünvanı göstərilən çoxlu sayda məktub ictimai yerlərdə 
guya ki, düşüb itir. Yoldan ötən seçim qarşısında qalır: ya məktubu 
götürüb yola salmaq, ya əhəmiyyət verməmək, ya da cırıb 
tullamaq. Metodika müəllifinin fikrinə görə birinci seçim, əslində 
məktubun ünvanlandığı şəxsə, onun milliyətinə olan müsbət 
münasibətin göstəricisidir. Uyğun olaraq hansı ünvana daha çox 
məktub yetişirsə bu müsbət münasibətin olduğunu göstərir. 
Məktubun üzərində öyrənilən etnosun, millətin nümayəndəsi kimi 
adressantın adı, atasının adı, familiyası göstərilir. 
Başqa bir maraqlı metod şərti olaraq “səhv nömrə” adlanır. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin