ETNOPSİXOLOGİYA 23
nəticəyə gəlir. Elə bu yanaşmanın ən nöqsanlı cəhəti odur ki,
mədəniyyət fərqləri nəzərə alınmır. Absolyut (mütləq) yanaşma
əsasında çox asanlıqla bir xalqı ağıllı, bacarıqlı, xeyirxah digərini
isə geridə qalmış, tənbəl, avam göstərmək olar.
Universalizm etnopsixologiyada üçüncü nəzəri istiqamətdir.
Bu yanaşmanın tərəfdarları hesab edir ki, təməl psixoloji proseslər
hər yerdə və bütün xalqlarda, mədəniyyətlərdə eynidir, lakin psixi
və sosial inkişafa təsir isə hər yerdə müxtəlifdir. Mədəniyyətlər
bərabərdir, zahirən müxtəlifdir, əsasına görə isə eynidir. Univer-
salistləri mədəniyyətin hansı yolla insanların daxili aləminə təsir
göstərməsi məslələsi maraqlandırır. Bu suallara cavab tapmaqla
müəyyən etmək olar ki, hansı psixoloji fenomenlər universaldır və
onun köməyi ilə istənilən mədəniyyətdə insanın davranış və
fəaliyyətini təsvir etmək olar.
Etnopsixologiyada müxtəlif dövrlərdə müxtəlif nəzəri
istiqamətlər dominant mövqeydə olmuşdur, amma universalizmə
meyl daha güclüdr.
XX əsrdə dünya etnopsixologiyasında iki mühüm istiqamət
əmələ gəlmişdir. Onlardan biricisi mədəni-psixoloji antropologiya,
ikincisi isə müqayisəli, mədəni və ya kross-kultural psixologiya
kimi yaranıb. Kross-kultural psixologiya müqayisəyə söykənir, iki
və daha çox xalqların psixologiyasını müqayisəli ölçülərlə araşdırır,
onların mədəniyyətində üniversal cəhətləri və mədəniyyətlərarası
fərqləri ayırd edir. Mədəni-psixoloji antropologiya isə xalqların
psixologiyasını, yəni obrazlı desək, xalqın psixoloji “tərcümeyi-
halını”, milli mentalitetin konkret xalqın, məsələn Azərbaycan
mədəniyyəti ilə şərtlənən psixoloji kəmiyyətlərini öyrənir. Kross-
mədəni tədqiqatlar hər bir xalqın öz mədəniyyəti var. İnsan aid
olduğu, daşıdığı mədəniyyətin məhsuludur. Şəxsiyyət bu mədə-
niyyət kontiniumunda doğulur, böyüyür, ərsəyə çatır. Görəsən, hər
hansı bir mədəniyyət, məsələn Amerika mədəniyyəti çərçivəsində
aparılmış tədqiqat, Azərbaycan, Türkiyə və ya Yaponiya
mədəniyyəti axarında da özünü eyni ölçülərlə göstərəcək? Bu köklü
sualdır və təcrübədə kross-mədəni (kultural) araşdırmalar vasitəsilə