Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə24/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
25 
etməlidir və mədəniyyəti, başqa mədəniyyətlərlə müqayisə 
etmədən öyrənməlidir”. 
Etnopsixoloji tədqiqatlar apararkən çətinlik ondadır ki, 
mədəniyyətin təsirinə məruz qalmayan tədqiqat metodu tapmaq 
çətin məsələdir. Bu mənada amerikan kulturantropoloqu Triandis 
qeyd edir ki, kross-mədəni tədqiqatlar zamanı biz psevdo-etik 
yanaşmadan istifadə edirik.Çünki, onu aparanlar heç də öz 
təfəkkürlərini aid olduqları mədəniyyətin təsirindən azad edə 
bilmirlər. Triandis bu faktı izah etmək üçün avropalı tədqiqat-
çılarda yapon “qeyşa”sı ilə bağlı yaranan “yüngül əxlaqlı qadın” 
asossasiyasını misal göstərir. Etnopsixoloji tədqiqatlar zamanı
yadda saxlamaq lazımdır ki, obyektiv (müşahidə edənin nöqteyi-
nəzəri) və subyektiv (müşahidə olunanın nöqteyi-nəzəri) faktlar 
bəzən bir-birini tamamlayır, bəzən isə uyğun gəlmir. 
 
1.4. Etnopsixologiyanın yaranması, inkişaf 
tarixi və əhəmiyyəti 
Etnopsixologiyanın bilik sahəsi kimi uzun keçmişi, elm kimi 
isə qısa tarixi var. Onun elm kimi tarixi XIX əsrdən başlamışdır və 
hal-hazırda inteqrativ bilik sahəsi kimi inkişaf edir. Etnop-
sixologiya XIX və XX əsrlərin qovşağında sosial psixologiya, sosi-
ologiya, etnoqrafiya, antropologiya, tarixi psixologiya, linqivistika, 
dinşünaslıq, fəlsəfə kimi çoxsaylı elmlərin hüdudunda əmələ gəlib 
və fənlərarası bilik sahəsi kimi inkişaf edir. Etnopsixologiyanın elm 
sahəsi kimi dünyanın tərəqqi etmiş (Almaniya, Fransa, İngiltərə, 
ABŞ, Rusiya və b.) ölkələrində yaranması və təşəkkül tapması heç 
də təsadüfi deyildir. Belə ki, həmin ölkələrədə gedən ictimai-tarixi 
inkişaf prosesi, siyasi və iqtisadi iddiaların güclənməsi yaxın və 
uzaq ölkələrdə yaşayan etnos və xalqların etnik-milli xüsusiy-
yətlərini öyrənmək zərurətini yaratmışdır. Çünki, inkişaf etmiş 
dövlətlər digər ölkə və xalqların, millətlərin etnik psixoloji 
xüsusiyyətlərinə bələd olmadan, onlarla istər dövlətlərarası, istərsə 
də xalqlar və millətlərarası münasibətlər sistemini optimal şəkildə 
qurmaqda cidi çətinlik və maneələrlə rastlaşmış olurlar. Tarixi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin