Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə26/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
27 
xalqlar arasında ən əsas fərqləndirici xüsusiyyət əmələ gətirən fak-
tor hesab olunurdu. İntellektdə olan fərqi iqlimlə əlaqələndirirdilər.
Etnopsixologiyanın elm sahəsi kimi ilk yaradıcıları alman 
filosofu M.Latsarus (1824-1903) və dilçi Q.Şteyntal (1823-1899) 
hesab olunur. Onlar 1859-cu ildə “Xalqların psixologiyası və dil-
çilik” adlı jurnalın nəşrinə başladılar. Onlar “Xalqların psixolo-
giyasına aid mülahizələr” adlı məqaləsində ayrı-ayrı fərdlərin yox, 
həm də birliyin “xalq ruhu” həyatını da öyrənməyin lazım 
olduğunu qeyd etmişlər. M. Latsarus və Q. Şteyntal “xalq ruhu” 
deyəndə fərddən asılı olmayaraq mövcud olan və fərdlərin psixi 
oxşarlığını təmin edən əlamətlər nəzərdə tutulduğunu göstərmişlər. 
Xalq deyəndə insan birliyi nəzərdə tutulur.Və hər bir nəfər özünü 
ora aid edir və özünə həmin xalqın nümayəndəsi kimi baxır. Ruh 
yaxınlığı, ruh qohumluğu isə irsi şəkildə yaxud dil vasitəsilə 
müəyyən edilmir. Hər bir insan özü, özünün hansı xalqa aid 
olduğunu subyektiv olaraq müəyyən edir. M.Latsarus və Q.Şteyntal 
belə hesab edirlər ki, etnopsixologiyanın predmeti “xalq ruhu” nun 
öyrənilməsindən ibarətdir. Onlar xalq ruhu anlayışında fərddən asılı 
olmayaraq, substansional özəyin, ilkin əsasın varlığını irəli 
sürürdülər. Onlar hər cür ictimai hadisələrə “xalq ruhu”nun məhsu-
lu kimi baxırdılar. Alman mütəfəkkirlərini “xalq ruhu” adlandır-
dıqları, müasir etnopsixologiyada etnik identiklik anlayışına uyğun 
gəlir. M.Latsarus və Q.Şteyntal xalqlarn psixologiyasını, individual 
psixologiyanın davamı kimi qəbul etməyi təklif edirdilər. Çünki, 
xalq ruhu, ayrı-ayrı fərdlərdə yaşayır və fərdi psixologiya onları 
öyrənir. Lakin fərdlərin çoxluğu o zaman xalq adlandırıla bilər ki, 
xalq ruhu onları birləşdirsin. M. Latsarus və Q. Şteyntalın ən böyük 
xidməti etnopsixologiyaya gətirdikləri “xalq ruhu” anlayışı olmuş-
dur. 
Avropada etnopsixologiyanın inkişafında böyük xidməti olan 
alman alimlərindən biri Vilhelm Vundt olmuşdur. V.Vundt elmi 
fəaliyyətinin son 20 ilini etnopsixologiya məsələlərinə həsr etmiş 
və 10 cildlik “Xalqların psixologiyası” əsərini hazırlamışdır. 
V.Vundt “xalq ruhu” anlayışını M.Latsarus və Q.Şteyntaldan 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin