ETNOPSİXOLOGİYA 29
daşıyır. E.Dürkheym konsepsiyasının ikinci əsas kateqoriyası
“kollektiv təsəvvür” anlayışıdır. İnsan şüuru iki, fərdi və ictimai
formada mövcuddur. Fərdi şüur konkret olaraq ayrıca götürülmüş
fərdə aiddir və onun psixikasının xüsusiyyətləri ilə təyin olunur.
Kollektiv şüur isə öz əksini “kollektiv təsəvvürdə” dini inanclarda,
əfsanələrdə, xurafatda, əxlaq və hüquq normalarında tapır.
L.Levi-Bryül, M.Moss, M.Qrane və başqaları E.Dürkheymin
ardıcılları olmuş və etnopsixologiya sahəsində maraqlı tədqiqat
işləri aparmışlar. M.Qrane (1884-1940) qədim Çin tarixi və ənənəvi
mədəniyyəti ilə bağlı maraqlı tədqiqat işlərinin müəllifi olmuşdur.
L.Levi-Bryül (1857-1939) isə ibtidai insanlar üçün səciyyəvi olan
“məntiqsiz təfəkkür” (пралогическое мышление) konsepsiyasını
irəli sürmüşdür. O, bu zaman E.Dürkheymin “kollektiv təsəvvür”
anlayışından istifadə etmişdir. L.Levi-Bryül hesab edir ki, praloqik
təfəkkür yalnız kollektiv təsəvvürlə əlaqəli olan hallarda özünü
biruzə verir. Primitivlərin şüurunda diferensiasiyanın zəif olması
nəticəsində obraz, təsəvvür hiss və hərəkətdən ayrılmır. Ona görə
də primitiv qartal lələyini başına taxmaqla qartala məxsus olan
bütün keyfiyyətlərə malik olacağına şübhə etmirdi. Primitivlərin
kollektiv təsəvvrü partisipasiya qanununa istinad edir. Çünki təbiət
vəhdət təşkil edir. Ona görə də belə bir sofizmə uyğun
düşünürdülər: Post hoc erqo propter hoc (nədən sonra oldusa,
deməli səbəb odur). Fransa etnopsixologiya məktəbinin görkəmli
nümayəndələrindən Ş.Monteskyö, Qüstav Le Bon və K.Levi-
Strosu xüsusilə qeyd etmək olar.Fransız filosofu Ş.Monteskyö
(1689-1755) coğrafi determinizm tərfdarı kimi hesab etmişdir ki,
insanlar iqlim, din, qanun, keçmiş adət-ənənənin təsirinə məruz
qalır və bütün bunlar xalqın ümumi ruhunu əmələ gətirir. Bu
faktorlar arasında iqlim əsadır. Məsələn, isti iqlim sakinləri qocalar
kimi cəsarətsiz, tənbəl, lakin zəngin təxəyyülə malikdirlər. Şimal
xalqlar isə gənclər kimi, cəsur və soyuqqanlı olurlar. Ş.Monteskyö
hesab edirdi ki, tarixi inkişaf prosesində iqlimin təsiri azalır, digər
faktorların təsiri isə güclənir. Qüstav Le Bon “İrq ruhu”
anlayışından istifadə etmişdir. Q.Le Bona görə “irq ruhu” sabit