ETNOPSİXOLOGİYA 10
əmələ gəlməsi baş verir.
7. Elm həm də əldə olunan elmi biliklərin praktik və nəzəri
əhəmiyyətilə xarakterizə olunur. Həmin biliklərdən harada və necə
istifadə olunacaq? Elm sahəsini xarakterizə edən ən mühüm
amillərdən praktik məsələlərin həlli prosesində, praktik tələbatlar
zamanı əldə olunan nəticələrdən istifadə olunmasıdır.
8. Elmin başqa elm sahələri ilə əlaqəsi və elmlər sistemində
yeri.
9. Elmi xarakterizə edərkən diqqət yetirilən məsələlərdən biri,
həmin elm sahəsinin predmetinin yığcam formada ifadə olun-
masıdır. Bəzən bu cəhət süni şəkildə ön plana keçiriləndə belə bir
sual ortalığa çıxır ki, əgər elmi təyin edən və kitablarda, müha-
zirələrdə hamının qəbul etdiyi konkret anlayış yoxdursa, onda de-
məli həmin elm sahəsi yoxdur? Belə mübahisəli məsələ psixologiya
ilə müqayisədə daha çox inkişaf səviyyəsində olan elm sahələrində
mövcuddur. Məsələn, riyaziyyatın nə ilə məşğul olduğunu hamını
qane edən bir ifadə ilə qeyd etmək çox çətindir. Çünki, elm hər
gün yeniliklər hesabına dəyişir və yeniləşir. Ona görə də elmin
predmetinin bir sözlə ifadə olunub-olunmamasını, heç də həmin
elmin mövcudluğu məsələsi kimi qəbul etmək düzgün deyildir.
Etnopsixologiya XIX və XX əsrlərin qovşağında sosial psixo-
logiya, sosiologiya, etnoqrafiya, antropologiya, tarixi psixologiya,
linqivistika, dinşünaslıq, fəlsəfə kimi çoxsaylı elmlərin hüdudunda
əmələ gəlib və fənlərarası bilik sahəsi kimi inkişaf edir. Etnopsi-
xologiya termini üç yunan “etnos” tayfa, xalq, “psyuxe” ruh, ruhi
aləm, “loqos” isə bilik, öyrənmək, elm sözlərinin birləşməsindən
əmələ gəlmişdir. Etnopsixologiya termini evristik mənada elmin
predmetini ifadə edir, yəni etnopsixologiya etnosların, xalqların
psixologiyasını öyrənir. “Etnopsixologiya” söz birləşməsində etnik
sözünün özünəməxsus məntiqi mənası vardır. Belə ki, burada
öyrənilən psixoloji hadisələrin yalnız məxsusi cəhətləri “etnik”
sözü ilə ifadə olunur. Başqa sözlə, etnik psixologiya ayrı-ayrılıqda
etnik və ya psixoloji hadisələri öyrənməklə məşğul deyil.Onun əsas
məğzini etnik mənsubiyyətlə şərtlənən psixoloji hadisələr təşkil