Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə10/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
11 
edir. Etnopsixologiya bilik sahəsi kimi insanların psixikasının etnik 
xüsusiyyətlərini öyrənir yəni, milli, etnik mənsubiyyəti nəzərə 
almaqla insanların psixoloji xüsusiyyətlərini öyrənən elm sahəsidir. 
İnsanların etnik psixoloji xüsusiyyətləri isə çox müxtəlif və 
rəngarəngdir. Etnik psixoloji xüsusiyyətlərə bu və ya digər xalqa, 
millətə məxsus olan stereotip və yönümlər, adət və ənənələr, milli 
xarakterlər, hisslər, ustanovkalar, etnik özünüdərketmə və qiy-
mətləndirmənin xüsusiyyətləri, kommunikasiya və persepsiyanın 
mədəni konteksdən asılılığı, mentalitetin arxetipik kökləri, 
sosializasiyanın etnokultural xüsusiyyətləri, uşaqlığın etnoqrafiyası, 
etnoslararası münasibətlər, konfliktlər və s. daxildir. 
Məsələn, boşanma, dünya xalqlarının hamısının həyatında 
baş verən hadisədir. Amma, boşanmaya münasibət heç də bütün 
xalqlarda eyni deyildir. Məhz etnik xüsusiyyətdən asılı olaraq
boşanma hadisəsi müxtəlif cür qavranılır və qiymətləndirilir. 
Qərblilər özü etiraf edirlər ki, şərqlilər onlarla müqayisədə ailəyə, 
evliliyə daha ciddi yanaşır, müqəddəs münasibət bəsləyir, ona daha 
çox bağlı olurlar. Boşanma hansı səbəbdən baş verməsindən asılı 
olmayaraq şərqli təfəkküründə faciədir, evin dağılmasıdır. 
Qərblilər isə boşanmaya vaxtilə etdikləri səhvin aradan qaldırılması 
kimi baxır, keçmişlərini unutmağa çalışırlar və yeni firavan həyata 
qədəm qoyduqlarını düşünürlər. Şərq təfəkkürü isə bunun əksini 
düşünür. Hesab edirlər ki, həyatda ən böyük uğursuzluğa düçar 
olublar və baş vermiş hadisəni çox vaxt açıb-ağartmamağa, gizli 
saxlamağa çalışırlar. Hətta yenidən ailə qursalar da bədbin olurlar. 
Bütün bunlar etnik xüsusiyyətdən, mənsubiyyətdən irəli gələn və 
etnik xüsusiyyətlərlə şərtlənən psixoloji hadisələrdir. Məhz,
etnopsixologiya belə məzmunlu hadisələri, etnik psixoloji faktları 
tədqiq edir və öyrənir.
Etnik psixologiya əvvəllər başqa elm sahələrinin, o cümlədən 
fəlsəfənin, tarixin, etnoqrafiyanın, ədəbiyyatın, coğrafiyanın tərki-
bində olmuşdur. Sonralar o sosial psixologiyanın bir sahəsi olub, 
müəyyən qrupda insanların etnik ümumiliyi və milli mənsubiyyəti 
ilə şərtlənən psixi xüsusiyyətlərini, münasibətini, hisslərini və 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin