Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə72/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
74 
normal ata və ana olsun. 
Formalaşmş olan milli hisslər daima onun ödənilməsini tələb 
edir, yəni insanlarda həmin hisslərin yaşanılmasına tələbat yaradır. 
Milli hisslərlə bağlı tələbatın ödənilməsi milli hisslərin daha da 
güclənməsinə və daha da inkişaf etməsinə səbəb olur. Milli hisslər 
ödənilməzsə bəşəri hisslər də əmələ gəlmir. Milli hisslərin yüksək 
səviyyədə inkişafı heç də millətçiliyə deyil, bəşəriliyə, beynəl-
miliyə aparır. Milli hisslərin yaranması, formalaşması və inkişafı 
psixikanın qanunlarına uyğun olaraq bəşəri hisslərin meydana 
gəlməsi üçün zəmin hazırlayır.
Etnik-milli hisslər mürəkkəb sosial təbiətli mürəkkəb hisslər-
dəndir və milli gerçəkliyin emosionalcasına əks etdirən genetik 
idrak formasıdır. Milli özünüdərk milli hisslərdən yaranır. Milli 
hisslər (milli mənsubiyyət hissi, milli qürur və ləyaqət hissi, milli 
fəxr) olmadan milli özünüdərk prosesi baş vermir. “Özünüdərk-
etmənin” məzmunu özü və öz rolunun dərk edilməsi ilə bağlı 
biliklər təşkil edir. 
Milli hisslər kompleksinə daxil olan hisslər arasında milli 
qürur hissi daha çox inkişaf etmişdir. Milli-etnik qürur hissinə daxil 
olan mənəvi-psixoloji xüsusiyyətlərdən özünəhörmət, milli qürur
milli ləyaqət, özünün tarixdəki yeri, ona verdiyi töhfə, dünyanın 
mədəniyyət, elm və incəsənət xəzinəsinə verdiyi töhfə, özünün
milli dəyərlərə sadiqliyi ilə əlaqəlidir. Xalqın, millətin maddi və 
mənəvi sərvəti, onun əldə etdiyi naliyyətlər, tarixin səhnəsindəki 
rolu və yeri, bəşəriyyətin tərəqqisi yolunda atdığı addımlar, elm, 
mədəniyyət və incəsənət sahəsindəki uğurları onun milli qürur 
hissinin obyektini təşkil edir. Milli qürur hissi həm də xalqın, 
millətin öz müstəqilliyi, azadlığı uğurunda apadığı mübarizə tarixi 
ilə, dövlətçilik ənənəsilə bağlıdır. Ona görə də milli qürur hissi-
milli-etnik hisslərdən ən yüksəyi və güclüsü olduğu üçün millətin 
şüurunun dərin qatlarına daxildir.
Milli hiss bir qayda olaraq milli maraqla vəhdət təşkil edir. 
Milli hiss, milli özünüdərk, milli identiklik olmadan insan özünün 
milli marağını dərk edə və onu müdafiə edib qoruya bilməz. Milli 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin