Microsoft Word etraf muhit cavab az doc



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə11/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   7   8   9   10   11   12   13   14   ...   76
etraf cavab06az

9. Ekoloji məhdudiyyət konsepsiyası, onun əhəmiyyəti və nəticələri. 


 

        Dayanıqlı inkişaf anlayışının əsasını təşkil edən iqtisadi qərarların qəbul 



edilməsində  uzunmüddətli  ekoloji  problemlərin  nəzərə  alınması  vacibdir.  Burada 

ə

sas vəzifə ətraf mühiti çirkləndirən mənbələr və onların aradan qaldırılması üçün 



yolların  axtarılmasına  yönəlməlidir.  Təbiətdən  istifadənin  konsepsiyası

resurslara  qənaət  olunması  ilə  iqtisadi  artımın  konsepsiyasına  əsaslanmalıdır. 

Ekoloji nəticələrin gələcək nəsillər üçün minimuma endirilməsində mövcud prob-

lemlərin həlli naminə təbii zənginliklərdən israfçılıqla  istifadə etmək olmaz. 

      Beləliklə,  ekoloji  məhdudiyyət  problemi  indiki və  gələcək  nəslin tələbatı 

arasında  kompromis  əsaslarla,  hər  hansı  dövlətin  uzunmüddətli  sosial-iqtisadi 

inkişaf strateqiyasını işləməklə həyata keçirilməlidir. 

  Rio-de-Janeyroda  «Rio  Deklarasiyası»,  «XX  əsrin  gündəlik  məsələsi», 

(1992)  BMT-nin  konfransında  ətraf  mühit  və  onun  inkişafına  aid  qəbul  olunmuş  

sənədlərdə,  hər  hansı  təsərrüfat  sahəsinin  ekoloji  təhlükəsizliyi,  təbiət  və 

cəmiyyətin birgə harmonik inkişafı qeyd olunmuşdur. 

      Rio-de-Janeyroda  BMT-nin  ətraf  mühit  və  inkişafı  Konfransı,  Qahirədə 

ə

hali  yerləşməsinə  həsr  olunmuş  Beynəlxalq  konfrans  (1994)  bir  daha  sosial-



iqtisadi, qemoqrafik və ətraf mühitin inkişafının ayrılmaz əlaqələrini sübut etdi.  

Beləliklə,  hər  hansı  dövlət,  bir  qayda  olaraq,  ekoloji-iqtisadi  inkişafın  üç 

mərhələsini  keçir:  1)  frontal  iqtisadiyyat;  2)  təbiəti  mühafizə  nəzərə  alınmaqla  

iqtisadiyyatın  inkişafı;  3)  ekoloji  məhdudiyyətlərin  nəzərə  alınması  (qayanıqlı 

inkişaf).  Hər    bir  mərhələ  təbiətdən  istifadənin  özünəməxsus  prinsiplərinə  −  iq-

tisadi, ekoloji-iqtisadi və sosial-ekoloji, prinsiplərə əsaslanır. 

        Qeyd  etmək  lazımdır  ki,  göstərilən  prinsiplərin  reallaşdırılması  müxtəlif 

ölkələrdə  sosial-iqtisadi  və  ictimai-siyasi  amillərdən  asılı  olaraq  müxtəlif 

xüsusiyyətlərə malikdir 


Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin