Qaz sənayəsindən – atmosferə karbon oksidi (bütün sahələrdən atılan
tullantılarnın 28%-i), karbon (24%), uçan üzvü birləşmələr (19%), azot oksidi
(6%), kükürd dioksid (5%) atılır. Daimi donuşluq zonalarında qaz hasilatı təbii
landşaftın dağılması ilə yanaşı kriogen prosesləri −
−
−
− termokarstı, qabarmanı və
soliflyuksiyanı yaradır. Neft və qaz hasilatı sahələri təbii-resurs potensialını üzvü
mineral xammalların azalması nəticəsində məhdudlaşdıran əsas amillərdən biridir.
Kömür sənaye müəssisələrinin fəaliyyəti, böyük həcmli suxurların
yerdəyişməsi, geniş ərazilərdə səth, qrunt və yeraltı suların rejiminin dəyişməsi,
torpağın strukturunun və məhsuldarlığının pozulması, kimyəvi proseslərin aktivləş-
məsi, nəhayət, mikroiqlimin dəyişilməsinə şərait yaradır.Praktik olaraq mədən
11
işləri torpaq resurslarının, o cümlədən əkilən torpaqların, meşə sahələrinin
itirilməsinə səbəb olur.
Dostları ilə paylaş: |