qüvvələrin inkişaf səviyyəsinin göstəricisi kimi xammal və enerji bazası qismində
həm istehlak predmeti (içməli su, yabanı bitkilər, ov heyvanları, balıq və s.), həm
də istehsal vasitəsi (əmək vasitəsi və cismi) kimi çıxış edir. Resurslar, insanların
təbiətə təsiri ilə şəxsi istehlaka çevrilir ki, bu da əmək vasitəsi adlanır. Əmək
vasitəsi kimi torpaq, yer, ərazi kimi çıxış edir, çünki burada faydalı qazıntılar, təbii
xüsusiyyət və enerjidaşıyıcı olan əmək prosesi baş verir. Əmək vasitəsinə,
həmçinin, küləyin, hündürlükdən axan suyun, qabarma və çəkilmənin gücü,
kimyəvi, biokimyəvi reaksiyalar və s. aid edilir. Əmək vasitələri təbii xammallar
olmaqla, istehsal prosesində emala tabe olaraq öz formasını dəyişir. İnsanlar
12
təbiətdə böyük miqdarda əmək vasitələrinə hazır vəziyyətdə rast gəlirlər (faydalı
qazıntı yataqları, təbii meşələr, daxili su hövzələrində, dəniz və okeanlarda balıq
resursları və s.).
Təbii resursların maddi tərkibi tarixən insan cəmiyyətinin biliyi və
məhsuldar qüvvələrin inkişafının əldə edilmiş səviyyəsindən asılı olmuşdur. XVII
ə
srdə insanlar 30 kimyəvi elementdən, XIX əsrdə 50, XX əsrin əvvəllərində isə
artıq 60-a qədərindən istifadə etmişlər. Hal-hazırda təsərrüfata 90-dan çox kimyəvi
elemеnt cəlb edilmişdir ki, bu da insana məlum olan maddələrin böyük hissəsidir.
İ
ctimai istehsalın ilkin mərhələlərində inkişaf, əsas etibarilə, bioloji resurslara
(yabanı bitkilərə, əkinçiliyə, heyvandarlığa), sonralar mineral resurslara, o cüm-
lədən əvvəlcə metal mənşəli xammalara, ardınca üzvi (kömür, neft), nəhayət,
kimyəvi (fosforit, apatit və s.) resurslara əsaslanmışdır. İqtisadiyyatda daha çox
nəzəri cəlb edən enerji mənbələri −
−
−
− su enerjisi, o cümlədən qabarma, çəkilmələr,
günəş, külək, yeraltı sualrın istiliyi və nəhayət, nüvə enerjisi olmuşdur. Təbii
resursların öyrənilməsində elmi təsnifatın mühüm əhəmiyyəti vardır, belə ki,
vasitələrin, obyektlərin və təbii mühitin hadisələrinin qruplara bölünməsi
funksional əhəmiyyət göstəricisidir.
Dostları ilə paylaş: