Qara metallurgiya şəhərlərin hava hövzəsini karbon oksidi (67,5 %), bərk
tullantılar (15,5%), kükürd anhidridi (10%-dən çox), azot oksidləri (5,5%) ilə
çirkləndirir. Metallurgiya kombinatlarının yerləşdiyi ərazilərdə kükürd-karbon
birləşmələrinin orta illik miqdarı 5 PDK, benzapiren isə 13 PDK-dan artıq olur.
11. Təbii şərait və təbii resurs anlayışları, onların təsnifatı.
Təbii mühit insanın təsərrüfat fəaliyyətinin təbii bazasıdır. İnsanın bütün
istehsal fəaliyyəti təbiətin dəyişdirilməsi prosesi kimi təqdim olunur. Cəmiyyətin
tələbatı nöqteyi-nəzərindən təbiət şərti olaraq iki qrupa bölünə bilər: maddi isteh-
salda və qeyri-maddi xidmətdə bilavasitə iştirak edən (təbii resurslar) və qalanlar
(təbii şəraitə aid olanlar).
Təbii şərait – təbiətin elementləri olub, istehsal prosesində bilavasitə
istifadə olunmur, lakin insanların həyat fəaliyyətinə təsir göstərir. Təbii şəraitdən
ə
n çox asılı olan sahələr kənd təsərrüfatı, hasilat sənayesi, nəqliyyatın ayrı-ayrı
sahələri, rekreasiya fəaliyyəti və s.-dir. Təbii şərait insanların təsərrüfat
fəaliyyətinə ya əlverişli (optimal temperatur rejimi, havanın rütubətliliyi və i.a.) və
ya neqativ təsirlər göstərir. Yüksək dağlıq relyef, sərt iqlim, daimi donuşluq,
bataqlıq, səhralar ərazilərin təsərrüfat öbaxımından mənimsənilməsini
çətinləşdirir.
Dostları ilə paylaş: |