16. Bioloji resurslar və onların mühafizəsi.
Bioloji ehtiyatdan hazırda dünyada 500 mindən çox bitki növü, o
cümlədən 30 mindən artıq ağac və kol növləri məlumdur. Bitki resurslarının
arasında meşələrin böyük əhəmiyyəti var. Meşələr bərpa olunan resurslardır. 385
mlrd. oduncaq ehtiyatından minlərlə müxtəlif adda məmulatlar istehsal edilir.
Dünyanın meşə sahəsi iki qurşaqda: şimal və cənub qurşaqlarında yerləşir. Şimal
meşə qurşağının sahəsi təxminən 2 mlrd.ha-dırCənub meşə qurşağının da sahəsi 2
mlrd.ha təşkil edir və onun 97%-i enliyarpaqlı meşələrdir. Sahənin təxminən
yarısını yüksək sıxlığa malik meşələr tutur Bu meşələrdə 5000 növə qədər ağac və
20000-ə qədər bitki növü müəyyənləşdirilmişdir.Bununla bərabər son 20 ildə
tropik meşələrə böyük ziyan vurulmuşdur. Birincisi, şəhər və nəqliyyat ehtiyatları
üçün həmin torpaqların təmizlənib, yararlı vəziyyətə gətirilməsi, ikinci
oduncaqların yanacaq kimi işlədilməsidir.Üçüncü səbəb – Asiya, Afrika və Latın
Amerikasının tropik ölkələrində xammalın kağz-sellüloz sənayesinin inkişafı üçün
Yaponiya, Qərbi Avropa və ABŞ-a ixrac edilməsidir.Hazırda yer səthinin 1/3
hissəsini meşəliklər tutmuşdur. Əvvəllər bu 75 mlrd. ha-dan az olmamışdır. Hələlik
antropogen təsirə az məruz qalan meşə sahəsinə Rusiyada, Kanadada, Amazonkada
təsadüf edilir və bu cəmi 15 mlrd.ha hesablanır. Xatırlatmaq lazımdır ki, Yer
kürəsinin malik olduğu floranın (500000) və faunanın (1500000) yarıdan çoxu əsas
oksigen mənbəyi olan bu meşələrin payına düşdüyündən tropik meşələrin belə
istifadəsi Qlobal Ekoloji sistemin deqredasiyasından fikir söyləməyə imkan verir.
Ə
traf mühitin mühafizəsi ilə bağlı beynəlxalq təşkilatlar (YUNEP, “Qrinpis”)
tropik ölkələrin borclarının bir hissəsini ödəməklə meşələrin qırılmasının qarşısını
almağa çalışır. Avropada “turşulu yağlarla” meşələrin quruması (AFR, İsveçrə,
İ
ngiltərə,Avstriya) baş verir. Meşə bərpa olunan resurs olduğuna görə onun
18
sahəsini artırmaq və yeni meşələr salmaq mümkündür. Səudiyyə Ərəbistanı, BƏƏ
və s. ölkələrdə süni meşələr yaradılır.
Dostları ilə paylaş: |