konsepsiyası – təbii resursların qiymətini təyin etmək üçün, renta – bu
iqtisadi qiymətlənmə üçün, qarışıq yanaşma – qiyməti müəyyənləşdirmə və
ondan istifadə üçün qoyulan haqqdır. Qiymət təşkil etmə prinsiplərinə əsasən
qiymət məhsulun istehsalına sərf olunan əməyin ictimai zəruriliyi ilə göstərməlidir.
21. Ətraf mühitin çirklənməsindən yaranan iqtisadi ziyanların hesablanma
metodları
Dəqiq olmasa da, emprik metod birbaşa hesablama və analitik metoddan
sadədir. Bu metoda əsasən ətraf mühitin texnogen çirklənməsinin ümumi ziyanın
(Y) çirklənmiş atmosferin (Ya), suyun (Ys), yeraltı sərvətlərin (Yr) torpaqların
(Yt) ziyanının cəmi kimi göstərmək olar:
Y=Ya+Ys+Yr+Yt
Atmosferin çirklənməsindən olan ziyan çirklənmiş maddələrin tullantısının
cəmindən (µ), tullantılarda yaranan ziyanının xüsusi ölçüsündən (γ), mənbələrdən
çıxan qarışıqların yayılmasının xüsusiyyətlərini xarakterizə edən (f)-dən, nisbi
təhlükənin hava çirklənməsində müxtəlif ərazi çıxlığı və həssaslığından (δ) asılıdır.
Bu göstəricilərin hesablanması kifayət qədər çətindir. Havanın çirklənməsinin illik
ziyanının qiyməti göstərilən parametrləri nəzərə almaqla [2]-yə əsasən aşağıdakı
asılılıqla hesablanır:
µ
σ
γ
×
×
×
=
f
Y
a
Torpaq və su mənbələrinə dəyən ziyan bu metoda oxşar aparılır. Belə
yanaşmalar «Təbiəti mühafizə tədbirlərinin iqtisadi səmərəsini müvəqqəti təyin
edən metodika və ətraf mühitin çirklənməsinin xalq təsərrüfatına vurduğu ziyanın
iqtisadi qiymətlənməsi işləri»nin əsasını təşkil edir. Sadə yanaşmaların istifadə
olmasına baxmayaraq, bu metod təbiətdən istifadə problemlərinin iqtisadi
hesablanmasında xüsusi rol oynayır. Bu metod əsasında sahə ziyanlarının təyin
metodu hazırlanmışdır. İşləmədə aşağıdakı göstəricilər əsas götürülür. 1) əhali; 2)
kommunal yaşayış təsərrüfat obyektləri; 3) kənd təsərrüfatı sahələri, heyvanlar və
bitkilər; 4) meşə resursları; 5) sənaye və nəqliyyatın əsas fondlarının elementi; 6)
balıqçılıq resursları; 7) müalicə-kurort resursları.
İ
qtisadi ziyanın göstəriciləri ətraf mühitin normativ keyfiyyətlərini
müəyyənləşdirmək üçün mütləqdir. Gigiyenik, bioloji və iqtisadi kriteriyalarsız
ə
traf mühitin qorunması üçün keçirilən tədbirlərin mərhələsini təyin etmək
mümkün deyil.
|