26. Ətraf mühitin mühafizəsi fəaliyyərtində xərclərin iqtisadi və sosoal
effektivliyi
Təbiəti mühafizə fəaliyyətinin iqtisadi effektivliyi onun səmərəliyini
göstərir, başqa sözlə, təbiəti mühafizə tədbirlərinin təmin və nəticələri arasında
olan xərclərin münasibətidir. Ətraf mühitin mühafizəsinin xərclərinin iqtisadi
effektivliyinin qiymətləndirilməsi məhdud miqdar materialların səmərəli istifadəsi
və müəssisənin maliyyə resursları üçün vacibdir. O, xidmət edir:
— əldə edilən mənfəətin qiymətləndirilməsi üçün;
— təbiəti mühafizə üçün daha məqsədə uyğun seçimlər;
— optimal ekoloji-iqtisadi nəticələrə nail olmaq, xərclərin həcminin
müəyyənləşdirilməsi üçün.
Bazar iqtisadiyyatında xərclərin iqtisadi effektivliyi nisbəti nəticə və xərclər
kimi müəyyən edilir. Belə yanaşma «məsrəf-xeyir» analizi adını almışdır.
Ekoloji tədbirlər nadir hallarda tez ekoloji nəticə verir və buna görə də iqtisadi
effektivliyi təyin etmək üçün ekoloji xərclər də diskont əmsalından müasir xərclər
və gələcək xeyirlər müqayisəsində istifadə edilir. Diskont əmsalı qismində cari
anda «gələcək pulları» gətirmək üçün müasir hesablamalara bank faizləri tətbiq
edilir. Diskont qoyuluşu beynəlxalq idarələrdə və bir çox banklarda istifadə olunur
və indiki vaxta 8-12% təşkil edir.
Ətraf mühitin mühafizəsi üçün uzun müddətli təbiəti mühafizə
layihə və proqramlar hazırlayarkən, istehsala ekologiyalaşma istiqamətində yeni
texnika və texnologiyanın tətbiq edilməsi üçün seçilən variant, gətirilmiş xərclər və
ya müqayisəli iqtisadi effektivlik təbiəti mühafizə məsrəflərinin təyin edilməsi
üçün milli metodikadan istifadə etmək olar. Bazar iqtisadiyyatında bunun oxşarı
«xərclər – effektivlik» hesab olunur. Bu halda, tədbirlərin keçirilməsindən alınan
xeyir növbəti xərclərin müqayisəsindən olan effekti müəyyənləşdirmə məsələsini
qoymur, əksinə elə inkişaf variantı tapmaq lazımdır ki, minimal xərclər vasitəsilə
qoyulan məqsədə nail olunsun, yəni cari xərclərin ən aşağı ölçüsü olan varianta
üstünlük verilsin və kapital qoymada diskont əmsalı eyni səviyyədə olsun.
26
Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə effektiv investisiyalı layihələr
aşağıdakı göstəricilərlə qiymətləndirilir:
— sırf təmiz gəlir və ya (sırf) cari dəyər (net present benfit, NPB)
— investisiyanın səmərəliliyi (benefit – cost ratio, BCR)
— daxili gəlir norması və ya daxili stavka səmərəliliyi (internal rate of
return, İRR)
İ
Dostları ilə paylaş: |