28. Ətraf mühitdən istifadənin inzibati idarəedilməsi və ekoloji standartları
İnzibati idarəetmənin əsas təsir dairəsi təbiəti mühafizəsinin dövlət
orqanları tərəfindən istifadə olunan standart, norma, normativ, qanun, qərar,
təlimatlardır, o cümlədən təbiətdən istifadəyə dair icazə və qadağalar,
məhdudlaşdırmalar, limitlər, təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarət
sistemi və s. ibarətdir. İnzibati idarəetmədə əsas yeri hər idarəetmə obyektləri
üçün vahid və icbari ekoloji norma və tələblərin müəyyən edilməsini nəzərdə
tutan ekoloji standartlar sistemi tutur. Ekoloji standartlar ətraf mühitin
çirklənməsinin bütün aspektlərini əhatə edir və buna müvafiq olaraq onların
müxtəlif növləri mövcuddur:
1) Ətraf mühitin keyfiyyət standartları, hava və su hövzəsinin, torpaq və digər
təbii mühitlərin mümkün vəziyyətini nizama salır.
2) Müəyyən istehsal prosesinin ətraf mühitə təsir etmə standartları – emission
standartlar – bu nöqtə mənbəyindən (borudan) tullantıların (atılmaların)
səviyyəsini təmizləyici avadanlıqdan istifadə etdikdən sonra nizama salır..
3) Texnoloji standartlar texnikaya, avadanlığa, istehsal proseslərinə və ya
təmizləmə texnikasına dair müəyyən ekoloji tələbləri müəyyən edir.
4) Məhsulun keyfiyyət standartları, və ya əmtəə standartları (ərzaqların,
məhsulların, xammalın ekoloji yararlı olması). Məsələn, qida məhsulların, içməli
suyun və s. tərkibində bu və ya digər qatqıların olma standartı və s.
MDB ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyası beynəlxalq birlik
tərəfindən hazırlanmış vahid norma və qaydalara riayət edilməni tələb edir.
28
Ekoloji standartlardan (normativlərdən) başqa, inzibati tənzimləmə hüquqi
vasitələrin, çirklənmədə günahkar olanlara qarşı inzibati təsir tədbirlərinin
Dostları ilə paylaş: |