inzibati metodlar fəaliyyət göstərirdi. Onlar dövlətin təbii resurslara inhisarçı
sahibkarlıq etdiyi şəraitin, hüquqi normaların müəyyən edilməsi və maraqlı idarə -
təbiətdən istifadə edənlərin ətraf mühitə təsiri nəticəsində istifadə olunurdu. Belə
bir vəziyyətdə yalnız inzibati idarəetmə ağır iqtisadi sanksiyalardan (müəssisə
sadəcə müflis edənlər) istifadə etməyərək hər-hansı səviyyədə ekoloji-qəza
vəziyyətləri dayandırmağa imkan verirdi. İnzibati idarəetmənin ümumsistem
funksiyalarına adətən aşağıdakı fəaliyyət növləri daxildir:
•
planlaşdırma, o cümlədən məqsədlərin, vəzifələrin formalaşdırması, onların
icra edilməsi üçün zəruri ehtiyatların (maddi, maliyyə, kadr) müəyyən edilməsi,
prioritetlərin formalaşdırılması, nəticələrin proqnozlaşdırılması;
•
qarşıda duran işin ətraflı təsnifatı ilə təşkilati tədbirlərin həyata keçirilməsi;
•
kadrların seçilməsi və yerləşdirilməsi, yeni tapşırıqları və qoyulan tələbləri
nəzərə almaqla onların ixtisasının artırılması;
•
təsərrüfat fəaliyyətinin texnoloji və sanitar-gigiyenik, eləcə də, buraxılan
məhsulun və ətraf mühitin keyfiyyətinin normalaşdırılması;
•
nəzarət və uçot funksiyalarının icra edilməsi, təbiətdən istifadənin müxtəlif
növlərinin lisenziyalaşdırılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi,
ekoloji qaydaların, normativ-hüquqi aktların hazırlanması və s.
Dostları ilə paylaş: |