43
Ekoloji bazarın seqmentlənməsi (bölünməsi) iki əsas istiqamətdə həyata keçirilə bilər:
məhsul növləri üzrə və alıcı qrupları üzrə. Ekoloji bazarın strukturunda təklif olunan malların
növlərindən asılı olaraq seqmentləri aşağıdakı hissələrə ayırmaq olar:
— Xammal seqmenti;
— Təbiəti mühafizə seqmenti;
— Enerji seqmenti;
— Gigiyenik seqment;
— Texnoloji seqmenti;
Xammal seqmenti çərçivəsində ekoloji bazarda ayrı-ayrı xammal resursları (faydalı
qazıntılar, su, meşə, və s.) üzrə tələb və təkliflər formalaşır.
Ekoloji bazarda təbiəti mühafizə seqmenti bilavasitə təbiəti mühafizə üzrə əmtəə və xidmət
mübadiləsi sahələrini əhatə edir.
Enerji seqmenti bütün enerji növlərinin satışı üzrə xarakterikdir.
Ekoloji bazarın gigiyenik seqmenti insanların həyatı və sağlamlığını ətraf mühitin mənfi
təsirindən mühafizə edən müdafiə vasitələrinin və ekoloji cəhətdən təmiz məhsulların satışını
özündə birləşdirir.
Texnoloji seqment yeni enerji və resurs qoruyucu, həcminin tullantıları emal edən
texnologiyalar və resurs potensialının bərpası üzrə problemlərin həllini özündə cəmləşdirir.
Ekoloji bazarda alıcıları 2 əsas hissəyə bölmək olar. Birinci hissəyə fiziki şəxsləri (yəni
ə
halini), ikinci hissəyə hüquqi şəxslər (yəni kommersiya və qeyri kommersiya təşkilatları,
birlikləri, həmcinin dövlət hakimiyyəti orqanları) aid edilir.
Marketinq, idarəetmənin spesifik funksiyası kimi, planlaşdırmanın təşkili, idarəetmənin
informasiya təminatı və kommunikasiya kimi funksiyaları yerinə yetirir.
Marketinqin əsas məqsədlərindən biri də müəssisənin uzunmüddətli strateji məqsədi kimi
onun planauyğun və proporsional inkişaf imkanlarının təmin olunmasıdır.
Marketinqin idarəetmə üzrə qərar qəbul etməsi üçün əsas informasiya mənbəyi xarici mühit
hesab edilir.
Marketinqdə kommunikativ funksiya müəssisənin xarici və daxili mühitə fəal təsirinin təmin
olunmasıdır. Buna görədə o, satışın formalaşması və stimullaşması ilə üzvü surətdə bağlıdır.
Dostları ilə paylaş: