47. Ekoloji sığorta sisteminin təşkilati metodiki təminatı tədbirləri
Ekoloji sığorta sisteminin təşkilati-metodiki təminatı üçün aşağıdakı tədbirlərin
görülməsi zəruridir:
•
Sistemin tətbiq ediləcəyi obyekt və regionların seçilməsi. Dünya təcrübəsindən
göründüyü kimi, ekoloji sığortanın obyektləri, ilk növbədə, kimya, neft və neft emalı sənayesi
müəssisələri, boru kəməri nəqliyyatı və dəmiryol nəqliyyatı obyektləri olmalıdır.
•
Avadanlığın köhnəlməsi, təbiəti mühafizə obyektlərinin vəziyyəti, ətraf mühitə yaylım
atılmaların (axıdılmaların) mümkün həcmi və tərkibi, qəzanın nəticələrinin mümkün təsir zo-
nasında olan resipiyentlərin xüsusiyyətləri (əhalinin sayı, təbiət obyektlərinin, kənd təsərrüfatı
torpaqlarının, sosial infrastrukturun xüsusiyyətləri və s.) nəzərə alınmaqla, yüksək təhlükə
mənbələrinin ekoloji risk dərəcəsinə görə təsnifatı aparılmaqla inventarizasiyasının təmin
edilməsi;
•
İcbari və könüllü sığorta olunmalı olan sığorta obyektlərinin siyahısının hazırlanması. Bu
siyahıya daxil edilmiş icbari sığortanın obyektləri ətraf mühitin limitdən artıq çirkləndirilməsi,
bərk və ya maye tullantıların qorunduğu yerdən sızmalar, anbar və ya nəqliyyat sistemlərində baş
verən qəzalar nəticəsində zərərli maddələrin sızması və ya daşması, təmizləyici qurğularda və
toz-qaztutan qurğularda qəzalar kimi qəzalar və ya təbii fəlakətlər nəticəsində baş vermiş
hadisələr olmalıdır;
•
Sığorta hadisəsi baş verdikdə sığortaçı (sığorta fondu) tərəfindən üçüncü
şə
xslərin xeyrinə ödənilən mükafat və məbləğlərin dərəcələrinin təyin edilməsi.
Üçüncü şəxslərə dəyən zərərin əvəzində edilən ödənişlərin növlərinin və həcmlərinin müəyyən
edilməsi də ekoloji sığorta üçün vacib məsələlərdən biridir. Xarici ölkələrdə, üçüncü şəxslərin
çirkləndirilmiş ərazilərin (akvatoriyaların) təmizlənməsinə, zərər çəkən şəxslərin sağlamlığının
bərpasına və dağıdılmış ekoloji sistemlərin bərpasına, əhalinin evakuasiyasına çəkdiyi xərclərin
və sair xərclərin əvəzi ödənilir. Müvafiq sığorta hadisələri baş verdikdə çəkilən kompensasiya
45
xarakterli xərclərin normativlərinin, habelə sığorta hadisələrinin miqyasları, qəzanın təqsirkarının
xərcləri və sair nəzərə alınmaqla edilən endirimlərin (franşizaların) nümunəvi qaydalarının da
işlənib hazırlanması zəruridir. Bütün hallarda, qəza nəticəsində təqsirkarın qarşılaşdığı bütün
zərər sığortalanmalı deyil, çünki bu müəssisənin ekoloji riskin azaldılmasına marağını zəiflədir.
Dostları ilə paylaş: |