Microsoft Word etraf muhit cavab az doc



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə71/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   68   69   70   71   72   73   74   75   76
etraf cavab06az

 

 

46. Ekoloji sığorta, onun növləri və formaları 

Dünya  təcrübəsində  ekoloji  sığorta  dedikdə,  yüksək  ekoloji  risk  mənbəyi  olan 

obyektlərin  ətraf  mühitin  qəfil,  ehtiyatsızlıqdan  (qəza  nəticəsində)  çirkləndirilməsi 

nəticəsində üçüncü şəxslərə zərər vurulmasına görə məsuliyyətinin sığortası və bununla da, 

çirkləndirmənin  qarşısının  alınmasının  iqtisadi  stimullaşdırılmasıdır.  Ekoloji  sığortanın 

məqsədi vurulmuş ekoloji-iqtisadi zərərin mümkün tam kompensasiyasıdır. 

Ekoloji  sığortanın  aşağıdakı  növləri  fərqləndirilir:  şəxsi  sığorta,  əmlak  sığortası  və 

ekoloji məsuliyyətin sığortalanması. Şəxsi sığorta və əmlak sığortası vətəndaşlar üçün əhəmiy-

yətlidir. Ekoloji məsuliyyətin sığortasında ayrı-ayrı vətəndaşlar iştirak etmirlər, lakin şübhəsiz ki, 

ekoloji-iqtisadi  zərərin  əvəzinin  ödənilməsinə  əlavə  maliyyə  qarantiyaları  verməklə  onların 

maraqlarına  toxunur.  Zərərin  ödənilməsinə  görə  məsuliyyətin  sığortası  sığorta  müqaviləsinə 

uyğun olaraq sığortaçının öz öhdəsinə götürdüyü mümkün itkilərin əvəzinin ödənilməsi və ətraf 

təbii mühitin çirkləndirilməsinin qarşısının alınması üçün sığortalılar tərəfindən ödənilən sığorta 

haqları  hesabına  xüsusi  pul  fondunun  (ehtiyatların)  formalaşdırılmasını  nəzərdə  tutur.  Ekoloji 

sığorta  çirkləndirmənin  nəticələrinin  aradan  qaldırılması  üçün  xərclərin  əvəzinin  ödənilməsini, 

zərərli  təsirə  məruz  qalmış  üçüncü  şəxslərə  vurulmuş  birbaşa  əmlak  zərərinin  əvəzinin 

ödənilməsini nəzərdə tutur. 


Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin