Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Sözün ən geniş mənasında varlıq son dərəcə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə170/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   307
333 felsefe muhazireler toplusu eyani

Sözün ən geniş mənasında varlıq son dərəcə 
əhatəli reallığı, obyektiv mövcudluğu, insan şüurundan asılı
olmayan gerçəkli-
yi bildirən ən ümumi fəlsəfi kateqoriyadır. Varlıq - dünyanın real mövcudlu-
ğunun məcmusu, təbiət və cəmiyyətin, maddi və mənəvi aləmin vəhdətinin ən 
ümumi ifadəsini bildirən mənəvi aləmin ən ümumi
ifadəsini bildirən fəlsəfi ka-
teqoriyadır. 
Maddi predmetlər, proseslər, xassələr, əlaqə və münasibətlər, miflər, 
nağıl və əfsanələr, ictimai-siyasi, elmi və s. ideyalar-bütün bunlar hamısı varlığın 
müxtəlif növləridir. Göründüyü kimi, varlıq kateqoriyası özündə həm maddi, həm 
də mənəvi, ideal olanı əhatə edir. 
Daha konkret olaraq varlığın növlərini belə qruplaşdırmaq olar:
a)
təbii və ya maddi
 
varlıq.
 
Buraya insanı əhatə edən maddi gerçəklik daxildir 
ki, onun da iki aspektini qeyd etmək olar: 
təbii mühit və insan 
əməyi ilə yaradıl-
mış "süni mühit" və ya 
"ikinci təbiət". 
Bunu insan şüurundan asılı olmayan təbii-
mövcudluq da adlandırmaq olar; 
b) 
mənəvi və ya ideal varlıq. Buraya insanı əhatə edən mənəvi aləm, ideal 
mövcudluq: mədəniyyət, elm, incəsənət, adət-ənənələr, ideoloji formalar və s. məc-
musu daxildir;
c)
əsasında ictimai istehsal prosesi və ictimai münasibətlərin

sosial-siyasi 
strukturların durduğu sosial-siyasi varlıq.
 
Buraya cəmiyyətin bütün sosial-siyasi 
strukturların, ictimai, siyasi, sinfi, milli və i.a. proseslərin idarə edilməsi və s. bağlı 
insan fəaliyyəti sahələri daxildir;
ç)
insanın obyektiv real mövcudluğu və ya insan varlığı. Bunu da iki qismə 
ayırmaq olar: ictimailəşmiş insan-şəxsiyyət aləmi və fərdiləşmiş insan-fərd aləmi. 
Varlıq kateqoriyası öz mahiyyəti etibarilə dərin dialektik təbiətə malikdir. Var-
lığın bu dialektik təbiətini Hegel hərtərəfli şəkildə tədqiq edərək aşkara çıxarmışdır.
Hegelə görə xalis varlıq kateqoriyası məzmunca o qədər yoxsuldur ki, o əslin-
də elə yoxsulluqla eyni güclü məfhumdur. Lakin digər tərəfdən xalis varlıq həmçi-
nin mövcudluq imkanıdır. Yəni hər cür gerçəklik öz başlanğıcını xalis varlıqdan 
götürür. Deməli, o mütləq yoxluqdan ibarət neqativ anlayış deyil, potensial varlıq-
dan ibarət olub, pozitiv anlayışdır. Hegelə görə varlıq kateqoriyasının məhz bu da-
xili ziddiyyəti öz inkişafı prosesində getdikcə daha məzmunlu olan anlayışları yara-
dır. "Varlıq" kateqoriyasının fəlsəfi anlayışı haqqında ilk fikir qədim yunan fəlsəfə-
sinin Sokrata qədərki dövrünə aiddir. O dövr mütəfəkkirlərdən Parmenid varlıq de-
dikdə "maddi, əbədi və mükəmməl Kosmosu" nəzərdə tutmuş, Heraklit isə onu "fa-
siləsiz qərarlaşan Kosmos" adlandırmışdı. Burada varlıq, heçliyə, yoxluğa qarşı qo-
yulmuşdu. Platon isə varlıq anlayışının "hiss olunan" tərəfini ataraq, onu "xalis ide-
ya"- həqiqi dünya mövcudluğu kimi səciyyələndirirdi. Aristotel isə varlığa "forma 
və materiyanın vəhdəti" kimi baxaraq onun müxtəlif səciyyələrindən ("hissi", "ide-
al", "insani" və s.) bəhs etmişdi. Orta əsrlər ilahiyyatında (xristian, islam və s.) var-
lıq anlayışına ilahi məna verilir, "Allah-həqiqi varlığdır", "maddi və ideya vəhdəti 
isə" qeyri-həqiqi, yaradılmış mövcudat adlandırılır. XVII- XVIII əsr maarifçiliyin-
də isə varlığa ancaq maddi-təbii olanın aid edilməsi, mənəvi aləmin ona daxil edil-
məməsi ideyaları üstün olmuşdu. Orta əsrdə və sonrakı dövrlərdə Şərq və Azərbay-


185
can fəlsəfəsində varlığı "zəruri və mümkün varlıq" kimi iki hissəyə bölmüş, "zəruri 
varlığa" bütün gerçəkliyin və "mümkün varlığın" səbəbi və ilkin substansional əsa-
sı kimi baxmışlar.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin