189
tərəflərinin materialistcəsinə həllini əks etdirən aşağıdakı müddəalara əsaslanır:
a) materiya insan şüurundan xaricdə və ondan asılı olmadan mövcud olan ob-
yektiv reallıqdır;
b) obyektiv reallıq olan materiya hiss üzvlərimizə təsir edərək duyğularımızda
əks olunur, yəni o, dərkediləndir.
Bununla da həmin tərif öz məzmununa görə xarici aləmin obyektiv reallığını
və şüura nəzərən birinciliyini rədd edən həm obyektiv,
həm subyektiv idealizmə,
eyni zamanda materiya və şüuru bir-birindən asılı olmayan müstəqil substansiyalar
sayan dualizmə, həm də dünyanın dərkedilənliyini inkar edən aqnostisizmə qarşı
yönəlmişdir.
Materiyanın bəhs etdiyimiz tərifi gördüyümüz kimi, son dərəcə geniş olub öz-
lüyündə materiyanın bütün məlum formalarını, habelə hələlik məlum olmayan, la-
kin dünyanın sonsuz dərk olunması prosesində kəşf oluna bilən bütün formalarını
əhatə edir.
Qeyd etmək lazımdır ki, müasir fəlsəfədə də materiya qədim fəlsəfədə olduğu
kimi, dünyanın substansional əsası kimi səciyyələndirilir. Lakin bu zaman iki mo-
menti nəzərdə tutmaq lazımdır. Əvvəla, materiya substansiya olmaq etibarilə bütün
maddi törəmələrin əsası kimi çıxış etsə də, bu, artıq qədim filosofların qəbul etdik-
ləri dünyanın dəyişməz, mütləq əsası olmayıb nisbidir. İkincisi, bu substansionallıq
əlaməti materiyanın tərifinə daxil edilən "obyektiv reallıq olmaq" xassəsi ilə üzvi
əlaqədədir. Materiyanın şüura nəzərən birinciliyinin və onun mövcudluğunun şüur-
dan asılı olmamasının qəbul edilməsi materiyanın substansiya kimi səciyyələndiril-
məsini fərz edir. Bu sonuncusu əsas qnoseoloji məsələ daxilində materiya və şüu-
run bir-birinə qarşı qoyulmasının nisbiliyini aşkara çıxararaq
göstərir ki, həmin
əksliyin yalnız çox məhdud bir hüdud daxilində mütləq əhəmiyyəti vardır: burada
onun əhəmiyyəti yalnız onlardan hansının birinci və hansının ikinci götürülməsi ki-
mi əsas qnoseoloji məsələ dairəsindədir. Bu dairədən kənarda məlum olur ki, onla-
rın hər ikisi mövcuddur.
Fəlsəfi kateqoriya kimi materiya anlayışı onun haqqındakı təbii-elmi təsəvvür-
lərlə əlaqədar olsa da, ondan əsaslı surətdə fərqlənir. Materiyanın fəlsəfi anlayışı öz
əhatə dairəsinə görə onun haqqındakı təbii-elmi təsəvvürlərdən daha geniş olub, so-
nuncular inkişaf etdikcə daha da zənginləşir. Lakin bu anlayış daha
geniş və ümumi
olduğundan idrakın inkişafı gedişində əsaslı dəyişikliklərə məruz qalan,
bəzən hətta
aradan qalxaraq yeniləri ilə əvəz olunan təbii-elmi təsəvvürlərdən fərqli olaraq heç
vaxt kökündən dağılaraq aradan qalxmır. Buna görə də materiyanın fəlsəfi anlayışı-
nı qətiyyən onun haqqındakı konkret təsəvvürlərlə eyniləşdirmək olmaz. Çünki
bunlar fəlsəfi və təbii-elmi kimi iki müxtəlif məsələdir və onların eyniləşdirilməsi
XIX-XX əsrlərin qovşağında olduğu kimi, materiya anlayışına qarşı mübarizəsində
idealizmə əsas verir.
Məlum olduğu kimi, materiyaya mexaniki-metafizik baxış XIX əsrin sonuna-
dək öz hakim mövqeyini saxiamışdı. Doğrudur, XIX əsrin son rübündə bəzi təbiət-
şünaslar (rus kimyaçısı D.İ. Mendeleyev, ingilis alimləri V.Kruks və E.Rezerford)
atomu nə isə dəyişməz, əbədi və ən sadə bir şey, materiyanın "bölünməz" və "so-
190
nuncu" hissəciyi sayan hakim fikrə şərik olmayaraq onun mürəkkəbliyini söyləmiş-
dilər. F.Engels də 80-ci illərdə atomun mürəkkəbliyi fikrinə şərik çıxaraq yazır-
dı:"... atomlar heç də bəsit bir şey deyildir. Maddənin bizə məlum olan, ümumiy-
yətlə, ən kiçik hissəciyi deyildir". Bununla belə materiyaya metafizik baxış XIX
əs-
rin sonlarınadək davam etmişdir.
Yalnız XIX əsrin sonlarında fizikadakı bir sıra kəşflər, xüsusilə radioaktivliyin
(1896) və elektronun kəşfi (1897) sayəsində atomun mürəkkəbliyi və dəyişkənliyi,
bir kimyəvi elementin atomunun digər elementin atomuna çevrilənliyi aşkar edildi.
Məlum oldu ki, atomlar daha kiçicik materiya hissəciklərindən təşkil olunmuş mü-
rəkkəb sistemlərdir. Bu kəşflərin mahiyyətini başa düşməyən və materiyanın fəlsəfi
anlayışını onun haqqındakı təbii-elmi təsəvvürlərlə eyniləşdirən maxistlər "fiziki"
idealizm mövqeyindən çıxış edərək həmin təsəvvürlərin aradan qalxmasını materi-
yanın özünün aradan qalxaraq "yox olması " kimi izah etdilər.
Bu, maxistlərin ma-
teriyanın fəlsəfi anlayışı ilə onun haqqındakı təbii-elmi təsəvvürlərin münasibətini
anlamadıqlarını göstərir. Yalnız fəlsəfə üçün deyil, həm də fizika və bütövlükdə tə-
bii-elmi idrak üçün mühüm metodoloji əhəmiyyəti olan bu məsələni ancaq dialekti-
kanın tətbiqi əsasında aydınlaşdırmaq mümkündür. Həmin məsələyə dialektikcəsi-
nə yanaşdıqda aydın olur ki, dünyanın hər bir konkret, elmi (mexaniki, elektromaq-
nit, kvant-mexaniki və s.) mənzərəsində bir-birilə bağlı olan iki cəhət vardır: təbii-
elmi və fəlsəfi. Materiyanın quruluşu və xassələri haqqında təbii-elmi nəzəriyyələr
maddi
cisimlərin quruluşu, onların hərəkət formaları, qarşılıqlı təsirləri haqqında
təsəvvürləri ilə, bu maddi obyektlərə, nə kimi konkret fiziki və kimyəvi xassələr is-
nad verilməsi ilə fərqlənir. Materiya haqqında nəzəriyyənin fəlsəfi cəhətinə gəldik-
də isə o, fiziki məzmunca müxtəlif olmasına baxmayaraq, fiziki aləmin maddiliyi-
nin, obyektivliyinin qəbul olunması ilə bağlıdır.
Dostları ilə paylaş: