247
XI FƏSİL
DİALEKTİKANIN KATEQORİYALARI
§ 1. Dialektikanın kateqoriyaları haqqında ümumi anlayış
§ 2. Ən ümumi və ya universal əlaqələri ifadə edən kateqoriyalar
§ 3. Struktur əlaqələri ifadə edən kateqoriyalar.
§ 4. Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar
§ 1. Dialektikanın kateqoriyaları haqqında ümumi anlayış
Kateqoriyalar gerçəklikdəki obyektiv, universal, ən ümumi, determinasiya,
struktur, sistemlilik və i.a. əlaqə və münasibətləri ifadə edir,
"Kateqoriya"
yunan
dilində "fikir söyləmək", "mülahizə yürütmək", "mühakimə etmək", "şahidlik et-
mək" və s. deməkdir. Fəlsəfi mənada kateqoriyalar - real gerçəklikdə (təbiətdə, cə-
miyyətdə və təfəkkürdə) mövcud olan obyektiv, qanunauyğunluğun və mahiyyətli
əlaqə və münasibətləri əks etdirən ən ümumi və fundamental anlayışlardır.
Biz danışığımızda hər an müxtəlif sözlər deyir, anlayışları işlədirik.
Anlayışlar
olmadan heç bir fikir söyləmək mümkün olmazdı. Anlayışın əsas xüsusiyyətini
onun ümumiləşdirmə qabiliyyəti təşkil edir. Anlayış hər bir əşyanı, hadisəni deyil,
uyğun, eyni qəbildən olan çoxsaylı və müxtəlif əşya və hadisələri ümumiləşdirərək
əks etdirir: məsələn, "çay", "torpaq", "vətən" və s. anlayışları kimi. Danışığımızda
işlənən bu ümumi anlayışlardan başqa, bir də ayrı-ayrı elm sahələrində işlədilən an-
layışlar vardır: "elektrik", "komediya", "siyasət", "bazis" və s. Lakin elə anlayışlar
da vardır ki, onların ümumiləşdirmə imkanı, əhatə dairəsi çox
genişdir; onlar nə el-
min bir sahəsi, nə də varlığın bu və ya başqa sahəsi ilə məhdudlaşmır, bütöv ger-
çəkliyə aid olurlar. Belə anlayışlar ən ümumilik və qanunauyğunluq bildirirlər. Bu
cür ən ümumi, fundamental anlayışları kateqoriyalar adlandırmaq olar. Məsələn,
"varlıq", "təfəkkür", "idrak", "qanun", "hərəkət", "inkişaf", "əlaqə", "səbəb" və s.
fəlsəfi anlayışlar - kateqoriyalardır.
Bu qısa təhlil əsasında kateqoriyalara belə bir tərif vermək olar:
Dostları ilə paylaş: