Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


olan tərəflər və ictimai təbəqə və siniflər arasında olan ziddiyyətlərdir.  İnkarı inkar qanunu



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə228/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   224   225   226   227   228   229   230   231   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
olan tərəflər və ictimai təbəqə və siniflər arasında olan ziddiyyətlərdir.
 İnkarı inkar qanunu. 
İnkarı inkar - dialektikanın ən ümumi qanunudur, ger-
çəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, forma və nəticə-
lərini bildirir. İnkarı inkar - gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə və 
idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəh-
dət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə 
edən bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur. İnki-
şaf prosesində inkar yeninin köhnəni əvəz etməsidir; ölüb getməkdə olanın yeni ya-
ranmaqda olanla əvəz olunmasıdır, köhnəlik zəminində yaranan yeninin tədricən 


243
möhkəmlənməsi, inkişaf etməsi və qələbəsidir, eyni zamanda köhnənin bir çox cə-
hətlərinin yenidən təkrarlanmasıdır. 
"İnkar" 
terminini fəlsəfəyə ilk dəfə Hegel gə-
tirmiş, "inkarı inkar" bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. Lakin 
obyektiv idealizm mövqelərində duran Hegel bu qanunun fəaliyyət mənbəyini və 
mahiyyətini də idealistcəsinə mənalandırmışdır. Hegelin dialektik sistemində inkişaf 
məntiqi ziddiyyətlərin əmələ gəlməsi və aradan qaldırılmasından ibarətdir. Bu məna-
da inkişaf köhnə mərhələnin daxilən inkar edilməsidir, sonra isə həmin inkar edən 
yenə də bir müddət inkişafından sonra inkar olunur: inkarı inkar baş verir. Bu inkarlı 
inkişafda isə köhnə tamam yox olmur, sanki inkar olunan həm də bərpa olunur, yeni-
dən təkrar edilir. Hegelin fikrincə, inkarın əsasında ideyanın, fikrin inkişafı və dəyiş-
məsi durur, gerçəklikdəki inkarlılıq fikri inkarın əşya və hadisələrdə özünü göstərmə-
sidir. Lakin bu qanunun məzmununa daxil olan bir sıra məsələlər-yeninin qarşısıalın-
mazlığı, köhnənin inkar edilməsi, inkişafda varislik əlaqəsi, inkişafın düz xətt üzrə 
getməməsi və s. fəlsəfə tarixində Hegeldən çox əvvəllər də məlum idi.
 
İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır, o hadisələrə 
kənardan gətirilə bilməz, obyektivdir, maddi hadisələrin inkişafının real momenti-
dir. "Heç bir sahədə öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf baş 
verə bilməz" (K.Marks). Təbiət, cəmiyyət və təfəkkür inkişafının verdiyi çoxsaylı 
və hətta sadə, adi məlumatlar belə inkarı inkarın ən ümumi qanun olduğunu aydın 
sübut edir. Neçə milyon illərlə davam edən Yer qabığının inkişafı və formalaşması 
bir neçə geoloji dövrlərdən keçmişdir. Əvvəlki mərhələ üzərində əmələ gələn hər 
bir yeni dövr köhnədən özünə zamin götürərək onu əvəz etmiş, bu prosesin təkrarı 
üzrə inkarlı inkişaf baş vermişdir. Elmi məlumatlara görə Yer üzərində insanın 
əmələ gəlməsindən indiyədək təqribən 55-ə yaxın nəsil bir-birini əvəz etmiş, bəşə-
riyyətin inkişafı mümkün olmuşdur. Lakin hər nəsl köhnə nəslin yaratdığı maddi və 
mənəvi sərvətlərdən özünə faydalı olanları mənimsəmiş, ümumi varislik yaradaraq 
köhnəni inkar edə-edə inkişaf etmişdir. F.Engels "Anti Dürinq" əsərində arpa dəni-
nin timsalında inkarı-inkarı belə izah etmişdir: "Əlverişli iqlim şəraitində, rütubət 
və Günəş şüaları altında torpağa düşmüş arpa dəni cücərir, həmin cücərti üçün əl-
verişli nə varsa "götürülür", sonra əmələ gələn arpa gövdəni inkar edir, lakin toxum 
"yox olmur", onda cücərti üçün əlverişli
 
nə varsa "götürülür", sonra əmələ gələn ar-
pa gövdəni inkar edir, inkarı-inkar baş verir, inkişaf davam edir". Cəmiyyət və id-
rak hadisələri də belədir. Köhnə zəminə əsaslanmayan və onu inkar etməyən heç 
bır sosial-siyasi hadisə (sinif, dövlət, istehsal, mədəniyyət və s.) baş verib inkişaf 
edə bilməz. Biliklərimiz biliksizlikdən az biliyə, az bilikdən daha zəngin, daha də-
rin biliyə doğru sonsuz inkarlı bir yol keçir. 
Lakin inkarı-inkar nə qədər ilkin ana qayıtma, köhnənin təkrar edilməsi olsa 
da, bu heç köhnəyə sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək de-
yildir; onun yeni əsaslarda inkişafı, daha da zənginləşməsi, yüksəldilməsidir. Bu, 
"yeni anlayışdır, lakin köhnəyə nisbətən daha yüksək, daha zəngin anlayışdır. Köh-
nə onun inkarı və ziddiyyətləri ilə zənginləşmişdir: inkar edən özündə köhnəni də 
əks etdirir, lakin daha çox, onun özündə olandan daha artıq əks etdirir. Bu, onun 
vəhdəti və əkslikləridir". 


244
İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin