Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə227/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   223   224   225   226   227   228   229   230   ...   307
333 felsefe muhazireler toplusu eyani

Qeyri-əsas ziddiyyət 
inkişaf üçün 
aparıcı olmasa da, müəyyən təsiredici ziddiyyətlərdir, onların da mühüm əhəmiyyə-
ti vardır. Məsələn, cəmiyyət miqyasında iqtisadi ziddiyyətlərin həll edilməsi əsas 
olsa da, sosial-siyasi, mənəvi, məişət və s. kimi ziddiyyətlərin də həll edilməsi, 
qeyri-əsas olsa belə çox əhəmiyyətli və təsirlidir. Hansı cəmiyyətdə qeyri-əsas zid-
diyyətləri az əhəmiyyətli hesab edirlərsə, onlara laqeydlik göstərirlər, orada cəmiy-
yətin bütövlükdə hərtərəfli tərəqqisi və inkişafından söhbət gedə bilməz. 
Başlıca və başlıca olmayan ziddiyyətlər
də mahiyyət etibarilə əsas və qeyri-
əsas ziddiyyətlərə yaxındır, onlara bənzəyirlər. Lakin burada əsasən bir cəhətə (fər-
qə) diqqət yetirilməlidir. Başlıca ziddiyyət daxili və xarici, əsas və qeyri-əsas olma-
sından asılı olmayaraq, müəyyən zaman daxilində birinci yerə çıxan, həllini tələb 
edən ziddiyyətdir.
Ziddiyyətlərin növlərindən birini də 
antaqonist və qeyri-antaqonist ziddiy-
yətlər
təşkil edir. Bunlar təbiətdə bu və ya digər ziddiyyətlərdir, cəmiyyətdəki 
müxtəlif ictimai və sosial-siyasi mənafeləri olan siniflər, sosial təbəqələr, qruplar, 
xalq və millətlər, ictimai hərəkatlar partiyalar və i.a. arasında mövcud olan qarşılıq-
lı əlaqə və münasibətləri əks etdirən ziddiyyətlərdir. 
Antaqonist ziddiyyətlər
- ictimai-iqtisadi və sosial-siyasi mənafeləri bir-biri-
nə əks olan siniflər, sosial qruplar və təbəqələr arasındakı ziddiyyətlərdir. Bu zid-
diyyətlərin əsas xüsusiyyəti odur ki, onlar çox
 
hallarda münaqişəyə, toqquşmaya 
gətirib çıxarır, bu toqquşmada ziddiyyətə girən tərəflərdən biri və ya hər ikisi sıra-
dan çıxır: onları yeni ictimai qüvvələr əvəz edir. Və ya bu ziddiyyətlər tənzimetmə, 
idarəçilik, islahat yolu ilə deyil, münaqişə yolu ilə həll olunur. 
Qeyri-antaqonist 
ziddiyyətlər
- əsas mənafeləri bır-birinə uyğun gələn, lakın müəyyən mənafeləri 
fərqli

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin