Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə233/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   229   230   231   232   233   234   235   236   ...   307
333 felsefe muhazireler toplusu eyani

idrakın xüsu-
si növ pilləsi və forması olmaqla kateqoriyalar real gerçəklikdə - təbiətdə, cə-
miyyətdə və təfəkkürdə predmet, hadisə və proseslərin dəyişmə və inkişafını 
şərtləndirən obyektiv, qanunauyğun və mahiyyətli əlaqə və münasibətləri əks 
etdirən an ümumi və fundamental
fəlsəfi anlayışlardır.
Kateqoriyalar haqqında ilk təsəvvürlər çox qədim dövrlərdə - varlığın əsas 
prinsiplərini müəyyənləşdirmək məqsədilə meydana çıxmışdır. Kateqoriyalar haq-
qında ilk mükəmməl fəlsəfi baxış Aristotelin 
"Kateqoriyalar"
adlı traktatında ve-
rilmişdir. Aristotel dünya və onun dərk edilməsi vasitələrindən bəhs edərkən kate-
qoriyalara gerçəklikdə obyektiv mövcud olan əşyaların, hadisə və proseslərin başlı-
ca, mühüm xassələrini əks etdirən
ümumi anlayışlar kimi baxmışdır. Aristotel hətta 
kateqoriyaların təsnifatı sisteminə dair xüsusi bölgü cədvəli də vermişdir. Aristote-


248
lə görə kateqoriyalar bunlardır: 
substansiya, kəmiyyət, keyfiyyət, münasibət, yer 
(məkan), zaman, vəziyyət, hal, hərəkət və iztirab.
Bu bölgü uzun zaman, yeni 
dövrə qədər fəlsəfədə dəyişməz qalmış, ancaq XVII-XVIII əsrlərdə fəlsəfə və təbii 
elmi biliklərin inkişafı və nailiyyətləri əsasında onda müxtəlif dəyişikliklər aparıl-
mışdır. Bir cəhətə də diqqət yetirmək lazımdır ki, Aristoteldən əvvəl də kateqoriya-
lar haqqında müəyyən fəlsəfi baxışlar olmuşdur. Bu baxışlar əsasən idealist səciyyə 
daşımış, kateqoriyaların obyektiv məzmunu qəbul edilməmiş, onlar subyektiv, "tə-
fəkkür hadisəsi" kimi təhlil edilmişdir; kateqoriyalara "ilkin əsas" kimi baxılmışdır: 
od, su, hava, atom və s. 
Platon
isə bu əsasda kateqoriyaların beş növünü qeyd et-
mişdir: 
mahiyyət, hərəkət, sükunət, eyniyyət, fərq
. Aristotel də kateqoriyalara 
dünya və onun dərk edilməsinin ümumi formaları kimi baxsa da, o, "ilkin səbəb", 
"'ilkin forma", "formalar forması" və s. adlarla "ilkin səbəb" ideyasına qayıdır, çox 
vaxt onlar "Allah" anlayışı ilə eyniləşdirilirdi.(Sonralar ilahiyyatçılar həmin ideya-
lardan Allahın varlığının sübutu kimi istifadə etmişlər). Aristotel həmçinin kateqo-
riyalar arasındakı dərin daxili əlaqələri, onların bir-birinə keçməsini, mütəhərrikli-
yini də axıradək ardıcıl izah etmişdi. 
Sonrakı dövrlərdə kateqoriyaların mahiyyətinin təhlil edilməsində İ.Kantın xü-
susi rolu olmuşdur. Kant kateqoriyalara "özündə şeylər" iddiasının obyektivliyin-
dən irəli gələn bir hadisə kimi deyil, subyektə, təfəkkürə xas olan bir fenomen kimi 
baxmış, onları idrakın "aprior formaları" hesab etmişdir. Kant kateqoriyaların mən-
tiqi funksiyalarına, təfəkkürdəki roluna yüksək qiymət vermişdir. O, kateqoriyala-
rın təsnifatını belə müəyyən etmişdir: keyfiyyət (gerçəklik, inkar, məhdudluq); kə-
miyyət (tək, gəm, bütöv, tam); münasibət (substansiya, xassə, səbəb, təsir və qarşı-
lıqlı təsir); modallıq (imkan və imkansızlıq). Lakin o, bütövlükdə kateqoriyaları 
gerçəklikdən ayırır, onlara təfəkkürün dəyişməz aprior formaları kimi baxırdı, onla-
rı obyektiv gerçəklikdən, təcrübədən asılı olmayan mühakimənin məhsulu hesab 
edirdi. 
Kateqoriyalar haqqında dialektik, obyektiv idealist baxışı Hegel əsaslandırmış-
dır. Onun fikrincə, kateqoriyalar daxili hərəkət və dəyişmə prosesinin əbədi atribu-
tu, anadangəlmə mütləq ideyalardır. Kateqoriyalar möhkəm daxili qarşılıqlı əlaqə-
dədir və bır-birinə keçə bilər. Hegel fəlsəfi kateqoriyaların aşağıdakı təsnifatını ver-
mişdir: 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin