Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


ha- disə və prosesin başqaları ilə oxşar, ümumi cəhətlərinin birgə ifadəsi vasitəsi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə237/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   233   234   235   236   237   238   239   240   ...   307
333 felsefe muhazireler toplusu eyani

ha-
disə və prosesin başqaları ilə oxşar, ümumi cəhətlərinin birgə ifadəsi vasitəsi, 
məcmusudur; ümumi-təkin başqaları ilə eyni qrup, sinif və millətə mənsub 
olduğunu bildirən ümumi əlaqələr sisteminin ifadəsidir.
Gerçəklikdə konkret real predmet təkdir; lakin mütləq tək predmet mövcud ola, 
yaşaya bilməz; o, yalnız ümumi ilə, milyon tellərlə başqaları ilə əlaqə və vəhdətdə 
mövcuddur. Odur ki, konkret real predmet həm də ümumidir, başqaları ilə əlaqədə 
mövcuddur. Ümumi ilə tək arasında möhkəm dialektik qarşılıqlı əlaqə vardır.
Xüsusi. 
Xüsusi-ümumi ilə təkcə arasında əlaqə formasıdır; təki ümumiyə 
aparan əlaqədir, yoldur. 
Hər bir
 
əşya, hadisə və
 
prosesdə tək və ümumi arasında-
kı dialektik qarşılıqlı əlaqəni "xüsusi" fəlsəfi kateqoriyası ifadə edir. Məsələn,
 
bitki 
ümumini, taxıl xüsusini, arpa təki ifadə edir və s. 
Tək, xüsusi və ümumi kateqoriyalarının dialektikasının, nəzərə alınmasının insan 
fəaliyyəti üçün mühüm əhəmiyyəti vardır. Hər şeydən əvvəl, onlar arasında əlaqənin 
nəzərə alınması ciddi idrakı əhəmiyyət kəsb edir. Biz tədqiqat prosesində həmişə tək-
dən başlayıb ümumiyə doğru, ən ümumi qanunauyğunluqları dərk etməyə doğru get-
məliyik və ya ümumi qanunauyğunluqları mənimsəmə ilə tək-tək hadisə və proseslər 
müəyyən ümumiləşdirici nəticələrə gəlməliyik. Tək və ümuminin nisbətini nəzərə al-
madan heç bır obyektin düzgün tədqiq və dərk edilməsi mümkün deyildir. 
Tək, xüsusi və ümumi arasındakı qarşılıqlı əlaqələrin düzgün mənimsənilməsi-
nin həm nəzəri, həm də ciddi ictimai-praktiki əhəmiyyəti vardır. Bu qarşılıqlı əla-


251
qələri nəzərə almadan yalnız ümumi olana istinad etmək, yalnız ümumini əsas gö-
türmək nəzəriyyədə ehkamçılığa; yalnız təki əsas götürmək isə təftişçilik mövqeyi-
nə gətirib çıxara bilər. Hər iki hal nəzəriyyədə həqiqətə nail olmağa imkan verməz-
di. İctimai-praktiki fəaliyyətdə də tək və ümuminin nisbəti ciddi nəzərə alınmalı, 
əlaqələndirilməlidir. Belə olmadıqda bir region, bir millət və xalqın sosial-siyasi və 
iqtisadi inkişafı təklənər, ümumidən ayrılar, tənəzzülə uğraya bilər. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin