302
miyyətində inkişaf etdirilmiş fəlsəfi təlimlərin məcmusu. "Antik fəlsəfə" anlayışı
altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur, bu
səbəbdən bu ölkələrin fəlsəfəsi aid olduqları bölgələrinin adı ilə deyil məhz bu ter-
minlə ifadə edilirdi. Fəlsəfədə antik dövr təxmini olaraq e. ə. VII və bizim eranın
VI əsrlərini əhatə edir. Termin olaraq isə yunancaya məxsusdur, lakin Avropada isə
adətə
bu söz
ancient
olaraq məlumdur.
ANTİTEZİS
[yun.] fəlsəfi məntiqdə inkişaf prosesində əsas müddəanın inka-
rı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir.
Bax: triada – tezis, antitezis, sintez. Tezis irəli sürülən müddəadırsa, antitezis bu id-
dianın qarşı-sına
irəli sürülən fikir, iddiadır.
ANTROPOGENEZ
[yun. Anthoropos] – insanın ictimai varlıq kimi meydana
gəlməsi və inkişafı prosesinə deyilir. Yunancada anthoropos – insan və genesis –
mənşə mənalarını ifadə edir.
Dostları ilə paylaş: