298
Sosial gerçəkliklə şərtlənən fəlsəfi şüur öz növbəsində ictimai varlığa fəal təsir
göstərərək, yeni idealların, mənəvi və mədəni dəyərlərin yaranmasına kömək edir.
Bu, hər şeydən öncə fəlsəfənin dünyagörüşünün əsası olması
ilə şərtlənir
Fəlsəfə dünyagörüşü kimi insanların praktiki fəaliyyəti ilə, ictimai münasibət-
lərlə əlaqədardır. Müxtəlif tarixi dövrlərdə bu əlaqə müxtəlif olmuşdur. Belə ki, si-
nifli cəmiyyətlərdə fəlsəfə ayrı-ayrı
siniflərin dünyagörüşünü, onların maraqlarını
məqsəd və vəzifələrini nəzəri səviyyədə əks etdirmişdir.
Uzun müddət filosoflar
dünyanın universal izahına, dünya haqqında başqa elmlərdən yüksəkdə duran bilik-
lər sistemini yaratmağa cəhd etmişlər. Ona görə də fəlsəfə
təkcə dünyagörüşü deyil,
həm də idrak nəzəriyyəsidir. Ontoloji mənada fəlsəfə varlıq-şüur
münasibətlərini,
qnoseoloji mənada isə dünyanın dərk olunmasının yollarını və üsullarını, onun da-
xili inkişaf dinamikasını izah edir. Təbiətin və ictimai həyatın ən ümumi qanunları-
nın dərk edilməsi fəlsəfənin qarşısında duran mühüm vəzifədir. Fəlsəfə həm də
id-
rak prosesini tədqiq edir.
Fəlsəfə konkret elmlərdən ayrılmazdır, daima onların nailiyyətlərindən bəhrə-
lənir. Təbiət elmlərinin inkişaf səviyyəsi, onların əldə etdikləri nəticələr fəlsəfi təd-
qiqatların istiqamətini müəyyənləşdirir.
Fəlsəfə müxtəlif tarixi mərhələlərdə başqa ictimai şüur formalarının, xüsusilə
dini təsəvvürlərin təsirinə məruz qalmışdır. Bu, orta əsrlərdə dinin cəmiyyətdə ha-
kim mövqeyi ilə izah olunur. Lakin bu heç də fəlsəfənin passiv mövqedə durduğu-
nu göstərmir.
Təbiət və ictimai həyat hadisələrinin tədqiq və izah edilməsi üçün ümumi me-
todların işlənilib hazırlanması da fəlsəfənin üzərinə düşür. Fəlsəfənin başlıca xüsu-
siyyəti onun dünyagörüşü olmasındadır. Yuxarıda xarakterizə olunan şüur formala-
rından başqa, bəzən fəlsəfi ədəbiyyatda iqtisadi və ekoloji şüur da ictimai şüurun
müstəqil formaları hesab olunur. Lakin bu məsələ hələlik mübahisəli olaraq qalır.
Dostları ilə paylaş: