293
bətlər sahəsi olmayıb, həm də millətlər və etnik qruplar arasındakı
münasibətləri
özündə birləşdirir. Siyasətdə ən vacib məsələ dövlət hakimiyyəti məsələsidir. Siya-
si şüurun spesifikası bundadır ki, dövlət hakimiyyətinə olan münasibət öz əksini si-
yasi şüurda daha qabarıq şəkildə tapır.
Siyasi şüurun əhatə dairəsi çox genişdir. Buraya həm də ictimai-iqtisadi quru-
luş, şəxsiyyətin hüquqi statusu, dövlətlərarası münasibətlər, müharibə, sülh və baş-
qa problemlər daxildir. Siyasi şüur siniflər və millətlər, sosial və etnik qruplar tərə-
findən siyasi məqsəd və vəzifələrin, strategiya və taktikaların, metod və üsulların
işlənib hazırlanmasından ibarət mürəkkəb sosial bir hadisədir. Hakimiyyətdə olan
siniflər və sosial qüvvələr siyasi şüuru rəhbər tutaraq dövlətin daxili və xarici siya-
sətini təyin edirlər. Məhz buna görə də siyasi şüur dövlətin fəaliyyətinə təsir edən
güclü vasitədir.
Siyasi şüur müxtəlif siniflərin, sosial qrupların və millətlərin siyasi psixologi-
yası və ideologiyasını özündə birləşdirir. İctimai psixologiya və ictimai ideologiya
bir-birinə qarşılıqlı təsir edir. Onların qarşılıqlı əlaqəsinin düzgün nəzərə alınması
nəinki tarixi inkişafın dərk olunması, eləcə də dünyəvi problemlərin həlli sahəsində
mühüm əhəmiyyətə malikdir. Bu qarşılıqlı əlaqə və təsirdə siyasi ideologiya üstün
rol oynayır.
Siyasi fəaliyyət və siyasi praktikada, habelə siyasi şüurda ideologiyanın ünsür-
lərinə və təsirinə həmişə rast gəlmək olur.
Siyasi ideologiya cəmiyyətin necə təşkil olunmasına, onun dövlət quruluşunun
xarakterinə, hansı siyasəti həyata keçirməli olmasına dair baxışlar sistemidir.
Bu və ya digər sinfin, sosial və etnik qrupun siyasəti müəyyən siyasi ideya, ba-
xış və nəzəriyyələrə əsaslanır. Deməli, siyasi ideologiya
sinfi məqsəd və mənafeləri
ifadə edən ideya və nəzəriyyələrin məcmusudur. Ümumiyyətlə, ideologiya həmişə
bu və ya digər siyasi xəttin işlənib hazırlanmasında mühüm rol oynayır.
Siyasi şüurun formalaşmasında siyasi mədəniyyət mühüm rol oynayır.
Çünki
siyasi mədəniyyət siyasi şüurluluğun, siyasi təşkilatların xarakterini, siyasi münasi-
bətləri nizamlayan, tənzim edən ictimai dəyərlərin adət və ənənələrin məcmusunu
ifadə edir.
İctimai rəy bir növ siyasi şüurun məhək daşıdır. Məhz siyasi proqnozlar, siyasi
tədbirlər geniş ictimai rəyə arxalandıqda səmərəli və təsirli olur. İctimai rəyin fəal-
lığında və çevikliyində siyasi şüurun yetkinliyi özünü aydın təzahür etdirir.
Siyasi şüurun rolu gərgin vəziyyətdə və tarixin dönüş məqamlarında daha ay-
dın görünür.
Dostları ilə paylaş: