291
və indi yaşayan insan nəsillərinin yaratdığı mənəvi dəyərləri bu və ya digər dərəcə-
də özündə əks etdirir. İctimai şüur cəmiyyət üzvlərinin
fərdi şüurundan kənarda
mövcud deyildir. Lakin o öz xarakter və məzmununa görə fərdi şüurla eyniləşdirilə
bilməz.
Məlum olduğu kimi, təfəkkür fərdi şüurun funksiyası olsa da, o, keçmiş və in-
diki insanların fərdi təfəkkürü kimi mövcuddur. Şüurun bütün təzahürlərini hər şey-
dən əvvəl ayrı-ayrı insanların psixiki fəaliyyəti və dünyanın fərdi inikası kimi başa
düşmək lazımdır. İctimai şüurun məzmununun fərdi
mənimsənilməsi xüsusiyyəti
heç da həmişə ictimai şüurun məzmunu, onun obyektiv əhəmiyyəti ilə deyil, insan-
ların həyat şəraiti, onların ictimai münasibətlər sistemindəki yeri, həyat təcrübələri,
təhsilləri, tərbiyələri müəyyən olunur. İnsanların həyat şəraiti,
həyat yolu ictimai
şüurun fərdiləşməsini, onun məzmununun şəxsiyyətin malına çevrilməsi prosesini
şərtləndirir. Bütün bunlar şəxsiyyətin cəmiyyətdə hakim olan müxtəlif mənəvi təsi-
satlara münasibətini, onların qəbul edilib-edilməməsini, yaxud fərdi şüurun ictimai
şüura münasibətini müəyyən edir.
Fərdi şüurun ictimai şüura münasibəti təkcənin ümumiyə nisbəti kimidir. Nə
qədər məhdud olsa da, fərdi şüur ictimai şüurun elementlərini özündə birləşdirir.
Odur ki, ictimai şüur bütünlükdə cəmiyyətə, fərdi şüur isə ayrı-ayn şəxslərə mən-
subdur.
Fərdi şüurun ictimai şüura münasibəti aktivdir. Hər bir insan məqsədyönlü su-
rətdə ictimai şüurda onu maraqlandıran suallara cavab axtarır.
Şüura münasibətin
belə xarakteri hər şeydən əvvəl insanın onu əhatə edən mühitə fəal münasibətinin
nəticəsidir. Elmin, ictimai fikrin tarixi inkişafı göstərir ki, ayrı-ayrı
fərdlərin şüu-
runda meydana gələn ideyalar heç də dərhal ictimai şüura çevrilmir. Çox hallarda
böyük sosial əhəmiyyət kəsb edən kəşflər, dahi ideyalar böyük gecikmələrlə ümu-
mi sərvətə çevrilir. Bunun səbəblərini hər bir cəmiyyətin sosial həyat şəraitində ax-
tarmaq lazımdır.
Fərdin fikirləri, əqidəsi o zaman cəmiyyətin malı olur, sosial sərvət əhəmiyyəti
kəsb edir ki, onlar şəxsi mənafe çərçivəsindən kənara çıxır, ümumi şüura daxil olur,
başqa adamların əqidələrinə və davranış normalarına çevrilir.
İctimai və fərdi şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini zəngin-
ləşdirir. Hər bir fərd bütün həyatı boyu başqa insanlarla ünsiyyət vasitəsilə, təlim-
tərbiyənin köməyi ilə ictimai şüurun təsirinə məruz qalır. Odur ki, fərdi və ictimai
şüurun qarşılıqlı
əlaqəsində şübhəsiz ki, aparıcı tərəf ictimai şüurdur. Onun fərdi
şüura təsiri əsasən təhsil və tərbiyə prosesində həyata keçirilir. Bu həm də müxtəlif
qurumların, sosial qrup və kollektivlərin köməyi ilə reallaşdırılır.
Cəmiyyət tərəfindən tarixən yaradılan şüur formaları fərdə mənəvi qida verir,
onun görüşlərinə, əqidəsinə ciddi təsir göstərir, onda əxlaqi normalar, estetik təsəv-
vürlər və hisslər yaratmaq üçün qiymətli mənbə rolunu oynayır.
İctimai fikrin nailiyyətlərini fərdin mənimsəməsinə ictimai quruluşun xarakteri
həlledici təsir göstərir.
Dostları ilə paylaş: