XIII FƏSİL İCTİMAİ ŞÜUR, ONUN STRUKTURU VƏ FORMALARI § 1. İctimai şüur və onun strukturu § 2. İctimai şüurun formaları § 1. İctimai şüur və onun strukturu Cəmiyyətin maddi həyatı, iqtisadi münasibətlər ictimai inkişafın əsasını təşkil
edir. Lakin bu inkişafı dərk etmək üçün təkcə iqtisadi amilləri bilmək, onların qa-
nunauyğunluqlarını təhlil etmək kifayət deyil. Axı insanların istehsal fəaliyyətindən
başqa, cəmiyyətin mənəvi həyatı da vardır və onun əsasını təşkil edən ictimai şüur
kimi mühüm bir sahə vardır.
İctimai şüur fərdi şüurdan fərqli olaraq ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar
tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən min illər ərzində yaradılır və o yalnız
bəşəriyyətə məxsus olur. İctimai şüur bilavasitə və ya dolayı yolla ayrı-ayrı adamlar
tərəfindən yaradılsa da həmin adamların ixtiyarından çıxaraq bütün bəşəriyyətin mə-
nəvi sərvətinə çevrilir. Məsələn, elmi kəşflər, bədii ideyalar, müxtəlif nəzəriyyələr
ayrı-ayrı şəxslərin zəkasının məhsulu olsalar da, onlar bütün bəşəriyyətə məxsusdur.
İctimai şüur dərin məzmuna malik olub, keyfiyyətcə xüsusi bir mənəvi sistemdir. Bu
sistem nəticə etibarilə ictimai varlıqdan asılı olub onun inikası olsa da, özü nisbi
müstəqilliyə malikdir. O, ictimai inkişafa təsir edən güclü amildir.
Tarixi inkişafda ictimai şüurun da böyük rolu vardır. Buna görə də cəmiyyət
haqqında daha dolğun təsəvvürə malik olmaq üçün ictimai şüurun mahiyyətini, onun
strukturunu, formalarını və cəmiyyətin həyatındakı rolunu açıqlamaq zəruridir.
İctimai şüurun strukturu, yəni onun ayrı-ayrı elementləri maddi münasibətlər-
dən asılı olub, onların dəyişməsi ilə dəyişir. Bütün bu dəyişikliklər ilk növbədə
özünü ictimai şüurun strukturunda büruzə verir. İctimai şüurun strukturunu
adi şü-